Bir günlük tələbələr:  “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”x9d

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”x9d

Hazırda oxunan: Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”x9d

203650

“UNEC-də bir gün”x9d layihəsi uğurla davam edir. Nizami rayonu 229 saylı məktəbin şagirdlər UNEC-in bir günlük tələbələri olub.

Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara ixtisaslar, təqaüd və mübadilə proqramları, beynəlxalq əlaqələr barədə ətraflı məlumat verilib. Bir günlük tələbələr bank proqramları və elektron resurslarla təchiz edilən “İnnovativ bankçılıq”x9d laboratoriyasında olublar. Onlara bildirilib ki, laboratoriyada bank əməliyyat proqramının demo versiyası üzərindən bank əməliyyatları həyata keçirilir.

Bir günlük tələbələr Radio UNEC-lə də tanış olublar. “Tələbələrə”x9d Yaradıcılıq Mərkəzi barədə ətraflı məlumat verilib. Sonra bir günlük tələbələr Maliyyə və mühasibat fakültəsinin qonağı olublar. Dekan müavini onların fakültə ilə bağlı suallarını cavablandırıb.

UNEC-lə tanışlıqdan sonra bir günlük tələbələr Maliyyə təhlili fənnini dinləyiblər. UNEC-dən müsbət təəssüratlarla ayrılan məktəblilər “UNEC-də bir gün”x9d layihəsinin onlara verdiyi imkanı yüksək qiymətləndiriblər: “2-ci ixtisas qrupu üzrə hazırlaşır, gələcəkdə özümüzü UNEC tələbəsi kimi görmək istəyirik. UNEC-də bir günlük tələbəlik seçimimizdən bir daha əmin olmağımıza kömək etdi!”x9d

“UNEC-də bir gün”x9d layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO