Baş Prokurorluq Başlıbel faciəsi ilə bağlı məlumat verdi - FOTO

Hazırda oxunan: Baş Prokurorluq Başlıbel faciəsi ilə bağlı məlumat verdi - FOTO

19396

Aprelin 28-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini xanım Beata Skvarska-Zonhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Qonaqları salamlayan Baş prokurorun birinci müavini Beynəlxalq Qızıl Xaç Komitəsi ilə ölkəmiz arasında uğurla inkişaf edən qarşılıqlı əlaqələr barədə söhbət açıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vətəndaşların pulunu ələ keçirən şəxs həbs edildi – Rəsmi açıqlama


Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eləcə də vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər barədə məlumat verilib.

Otuz ilə yaxın dövr ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edildiyi vurğulanıb.
 

Daha sonra 1993-cü ilin aprel ayında  Ermənistan Silahlı Qüvvələri tərəfindən  Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən başlanmış cinayət işi barədə BQXK-nın nümayəndələrinə məlumat verilib.


Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Beata Skvarska-Zonhen ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO