Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Hazırda oxunan: Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

184730

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q. Məmmədovanın 2022-2023-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. 

Qeyd edək ki, Q. Məmmədova daha əvvəl bir sıra nüfuzlu beynəlxalq olimpiadaların qalibi olub.

O, ötən il ABŞ-da Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı təmsil edərək qızıl medal qazanıb. Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO