Paytaxtın bu yollarında tıxac var - SİYAHI 

Hazırda oxunan: Paytaxtın bu yollarında tıxac var - SİYAHI 

184664

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. 

Bizim.Media Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir: 

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 

3. "20 Yanvar" dairəsində; 

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 
 
6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 

7. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 

8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 

11. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO