Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı – FOTO/VİDEO 

Hazırda oxunan: Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı – FOTO/VİDEO 

184559

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb. 

İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. 

Aksiyada Yeni Kaledoniyanın birinci şəxsi – baş nazir Luis Mapu iştirak və etirazçılar qarşısında çıxış edib. 
İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb. 

Azərbaycana hər zaman onların yanında və neokolonializmlə mübarizəyə dəstək olduğuna görə minnətdarlığını ifadə etmək üçün aksiya iştirakçıları Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub. 

Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır. 







Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO