Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Hazırda oxunan: Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

184498

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Xatırladaq ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Belə ki, yeddinci sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.
Onu tanımadığı şəxs bıçaqlayıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO