Gəncədə 3 maşın TOQQUŞUB

Hazırda oxunan: Gəncədə 3 maşın TOQQUŞUB

184308

Gəncədə bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində dönmə əməliyyatı yerinə getirən "QAZ 3110" markalı minik maşınına "Mercedes" markalı avtomobil arxadan çırpılıb. 

Bu zaman idarəetmədən çıxan "QAZ 3110" əks yolda hərəkət edən "VAZ 2107"yə dəyib. Qəza zamanı xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib. 
Sürüclərin sözlərinə görə, qəzaya səbəb olan "Mercedes" markalı maşının sürücüsü hadisə yerindən qaçıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO