Birinci Qarabağ müharibəsi qazisi vəfat etdi - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsi qazisi vəfat etdi - FOTO

184134

Birinci Qarabağ müharibəsi qazisi, məşhur tabor komandiri vəfat edib. 

Bizim.Media xəbər verir ki, Qarabağ müharibəsinin ilk illərində xüsusi igidlikləri ilə yadda qalan Nadir Cəfərov vəfat edib. 

Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən tabor komandirini müharibə adamları "Kürd Nadir" kimi tanıyırdı. 73 yaşında vəfat edən N.Cəfərovun iki oğlu 44 günlük Vətən müharibəsində iştirak edib. Onlardan biri yaralansa da, döyüş meydanını tərk etməmişdi.
Mərhumun cənazəsi Bərdə rayonunda torpağa tapşırılacaq. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO