Quba-Xınalıq yolu qardan belə təmizlənir - FOTO/VİDEO

Hazırda oxunan: Quba-Xınalıq yolu qardan belə təmizlənir - FOTO/VİDEO

183445

Novruz bayramının ilk  günü Qubanın dağ yolları qarlı-şaxtalı olub.

Quba-Xınalıq yolunun 35-ci km-dən 57-ci km-dək olan hissəsində qarın hündürlüyü 40 sm-dən çox olub.

Qubadakı 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya məlumat verib ki, mart ayında belə çoxlu qarın yağması ilk dəfədir ki, müşahidə edilir.

Onun sözlərinə görə, yol hazırda qardan  təmizlənir.

Qeyd edək ki, Xınalıq kəndinin özündə isə 32 sm qar var və yağıntı yenə də davam edir.

 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO