BİZİM TƏQVİM: 16 martda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 16 martda baş vermiş tarixi hadisələr

182761

Bu gün Qars müqaviləsinin 103 ili tamam olur. 16 mart 1921-ci ildə Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. İki dövləti uzun illərin qarşıdurma müstəvisindən çıxaran müqavilədə qarşılıqlı öhdəliklər yer alıb.

Sənəddə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə bölgənin qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb.

Bəs, martın 16-da dünyada daha hansı hadisələr baş verib?

1. 1831-ci ilın bu günü fransız romantizminin görkəmli nümayəndəsi Viktor Hüqonun “Paris Notrdam kilsəsi” adlı ilk romanı işıq üzü görüb.

2. Osmanlı imperatorluğu və Antanta dövlətləri arasında imzalanan Mondros sülhündən sonra Osmanlı paytaxtı İstanbul 1920-ci ilin 16 martında ikinci dəfə işğal olunub.

3. 1948-ci ilin bu günlərində Azərbaycanın Daşkəsən şəhərinin əsası qoyulub. Bu şəhər ötən müddət ərzində Azərbaycanın qərb zonasında iri sənaye mərkəzlərindən birinə çevrilib.

4. 1968-ci ilin bu günü Vyetnam müharibəsi zamanı “My Lai” qətliamı törədilib.

5. 16 mart 1988-ci ildə zəhərli qaz bombalarını daşıyan 8 təyyarə tərəfindən İraqın Hələbcə qəsəbəsinə bomba yağdırılıb. Dövrün ölkə başçısı Səddam Hüseynin əmri ilə təşkil olunan hücumda 5000-dən çox adam ölüb, 7000-dən artıq insan yaralanıb.

6. 1992–ci ilin 16 martında Azərbaycan Liviya ilə diplomatik əlaqələr qurub.

7. Krım mübahisəli bir referendumla 16 mart 2014-ci il tarixində Ukraynadan ayrılaraq Rusiya Federasiyasına birləşdirilib.  

8. 16 mart 2006-cı ildə Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilib. Qurultayda dünyanın 49 ölkəsindən 1218 nümayəndə və 388 qonaq iştirak edib.

16 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Müqavimət Qanunu bütün dünyada Om qanunu günü kimi tanınır. Bu gün alman fiziki Georq Omun xatirəsinə həsr olunub.

2. Rus fiziki və elektrotexniki, radionun ixtiraçısı Aleksandr Popov 1859-cu ilin 16 martında doğulub.

3. Məhşur ərəbşünas, akademik İqnati Kraçkovski 1883-cü ilin bu günü dünyaya gəlib. İqnati Kraçkovski “Qurani-Kərim”i rus dilinə tərcümə edib və ona şərh yazıb. İ.Kraçkovski Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, Hacı Zeynalabdin Şirvani, Mirzə Kazım bəy və Mircəfər Topçubaşov haqqında da elmi məqalələr yazıb. 

4. Azərbaycanlı bəstəkar, pedaqoq, professor və SSR Əməkdar incəsənət xadim Zakir Bağırov 16 mart 19916-cı ildə anadan olub. 

5. Məhşur fantastik yazıçı Aleksandr Belyayev 16 mart 1884-cü ildə doğulub.   Qeyd edək ki,onun senarisi əsasında çəkilən  “Amfipiya adam” filminin əsas kadrları Bakıda Xəzər dənizi və sahillərində lentə alınıb.

6. Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının yaradıcılarından biri və ilk rəhbəri, ustad kamança çalan Qılman Salahov 1906-cı ilin bu günü anadan olub.

7. 16 mart türk xalq ədəbiyyatı və folklor tədqiqatçısı Pertev Naili Boratavun xatirə günüdür.

8. Bu gün Azərbaycan təsviri sənətinin görkəmli sənətkarlarından biri Maral Rəhmanzadənin xatirə günüdür.

9. Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İbrahimov 1951-ci ilin bu günündə dünyaya göz açıb.

10. Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq аrtisti Rafael Dadaşov 2020-ci ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO