BİZİM TƏQVİM: 15 martda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 15 martda baş vermiş tarixi hadisələr

182577

Bu gün Mətbuat Şurasının 21 yaşı tamam olur. Azərbaycanda medianın özünü tənzimləməsini həyata keçirən orqan – Mətbuat Şurası 2003-cü ilin 15 martında yaradılıb.

Ölkə jurnalistlərinin birinci qurultayında 180-dək aparıcı KİV-in təsisçiliyi ilə yaradılan Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.

Bəs, 15 martda dünyada daha hansı hadisələr baş verib? 

1. Bu gün Ümumdünya İstehlakçılar Günüdür. BMT-nin 15 mart 1983-cü il tarixli qərarı hər il bu gün dünyada qeyd olunur.

2. 1493-cü ilin bu günündə  Xristofor Kolumb Amerikaya ilk dəniz səfərindən sonra İspaniyaya qayıdıb.

3. 1892-ci ilin 15 martında eskalator ixtira edilib.  

4. 15 mart 1917-ci ildə Rusiya çarı ll Nikolay Rusiya taxtından imtina edərək 304 illik Romanovlar sülaləsinə son qoyub.

5. İttifaq dövlətləri İstanbulun işğalından bir gün əvvəl – 1920-ci ilin 15 martında 150 Türkiyə hərbçisi və ziyalısını həbs ediblər.

6. 15 mart 1921-ci ildə Osmanlı dövlətinin keçmiş baş vəziri (nazir) Tələt Paşa erməni deportasiyasında rol oynadığı ittihamı ilə 23 yaşlı Soğomon Tehliryan tərəfindən Berlində öldürülüb.

7. 1933-cü ilin 15 mart tarixində Adolf Hitlerin rəhbərliyi altındakı Nasistlər Partiyası tərəfindən Almaniyada III Reyx  elan olundu. Hitler parlamentin "Min il davam edəcəyini" iddia etdi. 

8. 15 mart 1938-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə olaraq neft aşkarlanıb.

10. 15 mart 1990-cı ildə Mixail Qorbaçov SSRİ-nin ilk prezidenti seçilib.

11. 15 mart 2001-ci ildə İstanbul - Moskva təyyarəsi çeçen quldurlar tərəfindən qaçırıldı. Mədinəyə endirilən təyyarə ilə bağlı Səudiyyə Ərəbistanının anti-terror əməliyyatında bir türkiyəli sərnişin, bir rus stüardessa və bir çeçen qulduru öldürüldü.

12. Bu gün Real TV-nin 5 yaşı tamam olur. Real TV 2018-ci ilin 15 martında təsis edilib.

15 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Eramızdan əvvəl 44-cü ilin bu günü dünya tarixinin görkəmli siyasi xadimlərindən biri sayılan Roma imperatoru Yuli Sezar  Senata gəlişi zamanı mənəvi oğlu Brutun da daxil olduğu bir qrup senator tərəfindən bıçaqlanaraq öldürülüb.

2. Bakı muğam məktəbinin görkəmli nümayəndələrindən biri, tarzən Mirzə Rzayev(Mirzəcan) 15 mart 1847 ci ildə anadan olub.

3. Rus “artileriyasının atası” , General-leytenant, AXC-nin Hərbi nazirinin müavini, Sovet  hərb xadimi və artilleriya generalı Əli ağa Şıxlınski 1863-cü ilin bu günündə dünyaya göz açıb.

4. Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəyli 1897-ci ilin məhz bu günündə doğulub. 

5. Azərbaycanın görkəmli hərbi xadimlərindən biri, general-mayor və şərqşünas alim Sadıq bəy Ağabəyzadə 1865-ci ilin 15 martında anadan olub.      

6. Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Şəmşir 1893-cü ilin bu günü Kəlbəcərdə dünyaya gəlib. Bir neçə dastan müəllifi olan Aşıq Şəmşir Azərbaycan hökuməti tərəfindən orden və medallarla da təltif olunub. 1973-cü ildə onun seçilmiş əsərləri kitab halında çap olunub. 

7. Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə anadan olub. 

8. Görkəmli Azərbaycan rəssamı Nəcəfqulu 1923-cü ilin 15 martında anadan olub.

9. Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağayev 15 mart 1995-ci ildə şəhid olub.

10. Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayev 15 mart 1995-ci ildə şəhidlik zirvəsinə ucalıb. 

11. Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, AMEA-nın həqiqi üzvü, filologiya elmlər doktoru, professor Əməkdar elm xadimi, Dövlət mükafatları laureatı Bəkir Nəbiyev 2012-ci ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO