Bakıda yeni körpülər salmaqla tıxacları azaltmaq olar? – AÇIQLAMA 

Hazırda oxunan: Bakıda yeni körpülər salmaqla tıxacları azaltmaq olar? – AÇIQLAMA 

181389

Paytaxtın tıxac dərdi hər kəsə məlumdur. Bu problem uzun müddətdir bizimlədir. Məsələnin həlli istiqamətində müxtəlif addımlar atılsa da, ciddi dəyişiklik müşahidə edilmir. Lakin ictimaiyyətdə və dünya praktikasında körpü tikintisi tıxaclardan çıxış yollarından biri kimi göstərilir. 

Maraqlıdır, həqiqətənmi körpülərin inşasının çoxalması tıxacları azalda bilər? Bu, çıxış yoludurmu?

Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, məsələyə belə yanaşıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Velosiped zolağına daxil olan sürücüləri hansı CƏZA gözləyir? – Rəsmi AÇIQLAMA


“Körpünü tikmək çox vaxt aparmır. Şəhərdə bu körpüləri inşa etmək üçün labüd yerlər var. Bunun üçün müvafiq olaraq hökumətin qərarı lazımdır. Amma hazırda ölkənin maliyyə resursu işğaldan azad edilmiş ərazilə yönəldilib. Sonuncu körpü səhv etmirəmsə, 2012-ci ildə inşa edilib. Bu, o demək deyil ki, biz körpü tikməməliyik. 

Körpü tikmət tıxacların azalmasına müəyyən bir dövrdə təsir edə bilər. Bəs sonra? Yollar inşa ediləndə 20 il sonrakı vəziyyət nəzərə alınır. 5-10 ilə görə yol inşa edilmir. Körpülər vacibdir, amma təyinatı üzrə. Məsələn, bəzi ərazilərdə piyada keçidləri var, amma oradan bir nəfər də piyada keçmir. Ona görə də bu məsələlər araşdırılmalıdır”.

Ekspert əlavə edib ki, maliyyə resursunu daha az istifadə edərək ərazinin yol hərəkətini düzgün təşkil edə bilərik: 

“İşıqforların saniyəsindən tutmuş, nişanın şəffaflığı, görünüşü və nizamlayıcının hərəkətlərinə qədər prosesi doğru təşkil etmək olar. Beləliklə, müəyyən bir perspektiv üçün tıxacı azaltmaq mümkündür. 

Körpünü tikməzdən əvvəl ərazini təhlil etmək lazımdır. Məsələn, nə qədər çıxış, birləşmə, kəsişmə, düyün nöqtələri var? 

Şəhərdəki tıxacı azaltmaq üçün daha çox parklanmanı inkişaf etdirmək lazımdır. Körpülərin sayını çoxaltmaq yeganə çıxış yolu deyil. Maşınları saxlamaq üçün də yer lazımdır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO