Xarici dillər üzrə fəlsəfə doktoru olmaq istəyənlər İMTAHAN VERƏCƏK

Hazırda oxunan: Xarici dillər üzrə fəlsəfə doktoru olmaq istəyənlər İMTAHAN VERƏCƏK

178706

Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilir.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda 309 iddiaçı iştirak edəcək. 302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.

Bakı və Naxçıvan şəhərlərində təşkil edilən imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.
İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə (vizual məlumatın yazılı təsviri üçün) ayrılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO