Fəlsəfə doktoru olmaq istəyənlər İMTAHAN VERƏCƏK

Hazırda oxunan: Fəlsəfə doktoru olmaq istəyənlər İMTAHAN VERƏCƏK

178253

Fevralın 18-də doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək. 

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya verilən məlumata görə, imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahanda 309 iddiaçı iştirak edəcək. 302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO