Məzələnməsəm təzələnmərəm  - Elzadan

Məzələnməsəm təzələnmərəm - Elzadan "of"lu, "uf"lu şeir...

Hazırda oxunan: Məzələnməsəm təzələnmərəm - Elzadan "of"lu, "uf"lu şeir...

177225
Son vaxtlar özünü poeziya dünyasının dolanbac yollarında sınamağa çalışan bəstəkar-müğənni Elza Seyidcahan "Məzələn, məzələn" şeiri ilə Moderator.az oxucularını feyziyab etmək istəyib:

Yorğun olanda mənimlə məzələn
Soy əynini, soy ruhunu təzələn
Ordan bura, burdan ora sərələn
Mənə de ki, dağ qoynumda təpələn
Ağuşumda körpələn

Gəldiyin yollara güllər sərərəm
Saçlarınla dəniz təki ləpələn
De ki, mənə başdan ayağa mən səninçün qəzələm
Yaralanaram
De ki, de ki, nərə çəkərəm
Ay çəkərəm, ox çəkərəm
Of çəkərəm, uf çəkərəm
Məzələnməsəm təzələnmərəm

Yer olmasa, vaxt solmasa
Heç olmasa yorğun könlün xoş olmasa
demə mənə mən sevgimi kəsərəm
Bu yoldan mən küsərəm

Bil ki, canım, mən ölərəm, itərəm.
Sevgi yoxsa, arxayın ol, gəl mənimlə
məzəli-məzəli məzələn, təzələn...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO