Suraxanıdakı yoluxmaların sudan baş verdiyi təsdiqlənərsə… - “Azərsu” ASC-ni hansı CƏZA GÖZLƏYİR?

Hazırda oxunan: Suraxanıdakı yoluxmaların sudan baş verdiyi təsdiqlənərsə… - “Azərsu” ASC-ni hansı CƏZA GÖZLƏYİR?

174752

Xəbər verdiyimiz kimi son günlər ölkəmizdə Hepatit A virusuna yoluxanların sayı artıb. Bu virusa əsasən su, qida məhsulları və təmas yolu ilə yoluxmaq mümkündür. 

Nəzərə alaq ki, ötən həftə Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbələrində bu virusa yoluxma halı daha çox olub. Yoluxmanın sudan baş verdiyi bildirilsə də, “Azərsu” ASC sözügedən iddiaları təkzib edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyi Bakının 2 qəsəbəsində hepatit virusunun yayılmasına münasibət bildirdi


Lakin müvafiq qurumlar hər iki qəsəbədə müvafiq dezinfeksiya işlərinə başlayıblar.

Bəs, Hepatit A-ya yoluxmanın sudan baş verdiyi təsdiqlənsə, onda “Azərsu” ASC-ni hansı məsuliyyət gözləyir? 

Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirdi.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, əgər yoluxmanın sudan olduğu təsdiqlənsə onda bu fakt üzrə istintaq orqanları tərəfindən araşdırma aparılmalıdır:

“Araşdırma nəticəsində aydın olsa ki, qəbul edilən suda viruslar var, onda daha bir araşdırılma aparılmalıdır ki, bu diversiya məqsədlidir, yoxsa məsuləyətsizlik səbəbi ilə baş verib. Bu məsələdə diversiya halı da mümkündür. Çünki ölkəmizi istəməyən xarici qüvvələr çoxdur. Əgər bunun diversiya xarakterli olduğu təsdiqlənsə, onda məsələ dövlət səviyyəsində araşdırılacaq. Amma bəri başdan deyək ki, belə halda günahkarlar ömürlük həbs cəzası ala bilər”. 

Əsabəli Mustafayev onu da qeyd edib ki, ikinci ehtimal məsuliyyətsizlikdir:

“Yəni müvafiq xidmət təşkilatı ola bilsin ki, vaxtında profilaktik tədbirlər görməyib. Və yaxud müvafiq təhlükəsizlik qaydaları pozulub. Əgər sübut olunsa ki, su sistemləri avadanlıqları vaxtında təmizlənməyib, filtrlər vaxtında dəyişdirilməyib,  onda burada səhlənkarlığın, eyni zamanda texniki qaydaların pozulması əlamətləri var. 

Adətən belə hallar Cinayət Məcəlləsinin 2 maddəsi ilə - təhlükəsizlik qaydalarının pozuntusu və səhlənkarlıqla tövsif olunur. Onda baxılacaq ki, bu əməllərin nəticəsi nə olub. Bu vəziyyətdə 2 və daha çox adamın ölümü baş vermiş olsa, onda cavabdeh şəxsləri 7 ildən 10 ilə qədər həbs cəzası gözləyir. 

Cavabdeh şəxs adını çəkdiyimiz 2 maddə ilə ittiham olunsa, onda onları ən azı 12-13 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Onu da qeyd edim ki, belə vəziyyətdə zərərçəkmişin özü və yaxud hüquqi varisi məhkəmə qaydasında “Azərsu” ASC-yə qarşı iddia qaldıra bilər. Və bu iddiaya əsasən də məhkəmə qərarı ilə qurum dəymiş ziyana görə zərərçəkənlərə kompensasiya ödəməlidir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO