Bağlanan universitetdən açıqlama: “Bu xəbəri mətbuatdan oxumuşuq”x9d -  REPORTAJ, FOTOLAR

Bağlanan universitetdən açıqlama: “Bu xəbəri mətbuatdan oxumuşuq”x9d - REPORTAJ, FOTOLAR

Hazırda oxunan: Bağlanan universitetdən açıqlama: “Bu xəbəri mətbuatdan oxumuşuq”x9d - REPORTAJ, FOTOLAR

165457
Universitetin prorektor əvəzi İlham Musayev: "Biz yox, əvvəlki rektor nazirliyə müraciət edibmiş"xa0

Təhsil Nazirliyi Elm və Təhsil Mərkəzi “Təfəkkür”x9d Universitetinin fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib.xa0

Nazirlikdən deyilib ki, universitet 2016-cı ilin oktyabrında müraciət edərək, Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə bağlı fəaliyyətini dayandırma qərarı aldığını bildirib: “Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə aldıq. “Təfəkkür”x9d Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması qərarı verdik. Hazırda orada təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Bu məqsədlə işçi qrupu yaradılıb”x9d.

Nazirlik işçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təklifləri hazırlayıb, rəhbərliyə təqdim edilməsini tapşırıb: “Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”x9d.

Artıq təhsil naziri Mikayıl Cabbarov Elm və Təhsil Mərkəzi “Təfəkkür”x9d Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.xa0

Əmrə əsasən, 2016-2017-ci tədris ilində "Təfəkkür" Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsi təmin ediləcək. Nazirlikdən bildirilib ki, universitetin tələbələrinə seçim olaraq əsasən özəl universitetlər təqdim ediləcək.xa0

Tələbələrin köçürüləcəyi universitetlərin dəqiq siyahısı qış imtahan sessiyası başa çatdıqdan sonra dəqiqləşəcək. Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.xa0

Hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfəri IV kursda təhsil alır və bu il məzun olacaqlar.xa0

Məsələnin bu qədər səs-küyə səbəb olmasını nəzərə alaraq, adıçəkilən universitetə baş çəkdik. İmtahan saatları başa çatdığı üçün universitetdə tələbələr gözə dəymirdi. Amma məlumat ala biləcəyimiz məsul şəxs tapa bildik.xa0

Universitetin prorektor əvəzi olan İlham Musayev musavat.com saytına məsələ ilə bağlı danışıb. İ.Musayev bildirib ki, onlar nazirliyə müraciət etməyiblər: "Bizim heç bir maliyyə sıxıntımız yoxdur. Biz yox, əvvəlki rektor nazirliyə müraciət edibmiş, o da artıq işləmir. Hər kəsin maaşını vaxtında ödəyirik. Sadəcə, dekabr ayının maaşı gecikir, onu da həll edirik. Ciddi problem yaşamırıq. Universitetin qapadılma xəbərini biz də mətbuatdan oxumuşuq. Bizə nazirlikdən heç bir rəsmi sənəd gəlməyib".xa0

- Universitetdə nəsə problem var? Təhsilmi zəif verilir? Yəni qapadılma səbəb nə ola bilər?

- Bizim heç bir problemimiz yoxdur. Nazirliklə də aramızda narazılıq olmayıb. Bizi çağırıb, nəsə tapşıran, söz deyən, göstəriş verən də həmçinin... Tələbələri köçürəcəklər. Bu, nə onlar, nə də ailələri üçün xoş deyil. İnsan alışdığı yerdə qalmaq istəyir. 3 ildir ki, bu təhsil ocağına gələn tələbələr, son tədris ilini başqa universitetdə keçirəcəklər. Oraya, oranın şəraitinə, mühitinə və müəllimlərinə alışmaq asan olmayacaq.xa0






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO