BİZİM TƏQVİM: 18 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 18 noyabrda baş vermiş tarixi hadisələr

164835

18 noyabr 1999–cu ildə ATƏT-in İstanbul zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub.

Bəs, noyabrın 18-də dünyada daha nələr olub?

1. 18 noyabr 1601-ci ildə Tiryaki Həsən Paşa komandirliyindəki Osmanlı ordusu strateji əhəmiyyətə sahib Kanije qalasını fəth etdi.

2. 1870-ci ilin 18 noyabrında Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtundan istifadə edilib.

3. 18 noyabr 1865-ci ildə həqiqi adı Samuel Langhorne Clemens olan amerikalı yazıçı Mark Tvenin ilk hekayəsi “Kalaverasın məşhur hoppanan qurbağası” dərc olunub. Yazıçını dünyaya tanış edən isə “Tom Sayver” ilə “Huklabery Finn” adlı əsərləridir.

4. 18 noyabr 1868-ci ildə Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis edib.

5. 18 noyabr 1927-ci ildə İstanbul radiosundan sonra Ankara radiosu da yayıma başladı.

6. 18 noyabr 1928-ci ildə Valt Disneyin “Buxarlı gəmi” adlı ilk səsli sinxronizasiya Miky Maus filmi nümayiş etdirildi.

7. 18 noyabr 1933-cü ildə Osmanlı dövründən qalan “Darülfünun” İstanbul universiteti adı altında yenidən açıldı. Yeni universiteti Avropada təhsil almış Türk alimlərilə yanaşı nasistlərdən qaçan 38 yəhudi professora da qapılarını açaraq güclü təhsil kadrı yaratdı.

8. 18 noyabr 1940-cı ildə Türkiyədə hava hücumlarına qarşı bütün şəhər və qəsəbələrdə gecə saatlarında işıqları söndürmə qərarı verildi.  

9. 18 noyabr 1941-ci ildə Sovet İttifaqına məxsus olduğu irəli sürülən bir sualtı qayıq Burqazada sahillərində Yenicə yük gəmisini batırdı; 12 nəfər həyatını itirdi.

10. 18 noyabr 1976-cı ildə Kıbrısda BMT Sülh Gücü nəzarətindəki Erenköyə silahlı rumların hücumu nəticəsində türk mücahidləri ilə rum quldur dəstləri arasında atışma baş verdi. Türkiyənin döyüş təyyarələri alçaqdan uçaraq hadisəyə müdaxilə etdi.

11. 18 noyabr 1978-ci ildə “Xalqın məbədi” adlı təriqətin üzvləri toplu intihar etdilər. 276 uşağın da aralarında olduğu 914 təriqət üzvünün cəsədi Quyananın Yonestovn şəhəri yaxınlığındakı meşə sahəsində tapıldı.

12. 1999-cu ilin bu günündə  Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanıb.

13. 18 noyabr 2007-ci ildə Ukraynanın şərqindəki Zasyadko mədən bölgəsində baş verən qəzada 101 mədənçi həyatını itirdi.

14. 18 noyabr 2007-ci ildə Türkiyənin Ədirnə bölgəsindəki İpsala sərhəd-keçid məntəqəsində Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimi keçirilib. Kəmərin işə salınması ilə Azərbaycan qazının Türkiyə üzərindən Yunanıstana (Avropa Birliyinə) nəqli başlanıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Noyabrın 18-də bu şəxsiyyətlər xatırlanır:

1. 1910-cu ilin bu günündə görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı Süleyman Vəzirov anadan olub (1910-1973). S.Vəzirov “Azneft”in ilk azərbaycanlı rəhbəri, Azərbaycanın birinci neft sənayesi naziri olub. 

2. 2000-ci ilin bu günündə Azərbaycanın tanınmış bəstəkarı, Xalq Artisti Emin Sabitoğlu vəfat edib (1937-2000). O, 600-dən artıq mahnının, doqquz musiqili komediyanın müəllifidir. Bəstəkar 40-dək filmə və saysız-hesabsız tamaşalara musiqi bəstələyib. 

3. 18 noyabr 2017-ci ildə Olimpiada və Dünya çempionu Naim Süleymanoğlu müalicə olunduğu xəstəxanada dünyasını dəyişdi. 1988-ci il Seul Olimpiadalarında 9 Dünya və 6 Olimpiada rekordu qıran Süleymanoğlunun adı idmanın əfsanə adları arasında yer aldı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO