
- A-
- A
- A+
Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanıldı - RƏSMİ - VİDEO
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikası Prezidenti Administrasiyası yayıb.
Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub.
Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































