Bu günün havası

Bu günün havası

Hazırda oxunan: Bu günün havası

15422

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq. 

Martın 21-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-7 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 21-də Abşeron yarımadasında meteoroloji  amillərin zəif və  mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO