"Türkiyədə yaşayan qeyri-türklərin türklərə qarşı nifrəti haradandır?"

Hazırda oxunan: "Türkiyədə yaşayan qeyri-türklərin türklərə qarşı nifrəti haradandır?"

144791
Görəsən Türkiyədə yaşayan qeyri-türklərin türklərə qarşı nifrəti haradandır? Axı onlar Türkiyədə həm söz, həm vəzifə, həm pul sahibidirlər. Hətta bir neçə Türkiyə prezidenti milliyyətcə kürd olub. Bu gün türklərin sevimlisi Ərdoğan da türk deyil. Nədən ayrı-seçkilik olunur? Türkiyə öz vətəndaşlarına həmişə qucaq açıb. Bu gün Türkiyədə yetərincə kürd millətindən olan vəzifəlilər var. Nəyə görə onlar qədim türk torpağında Kürdüstan yaratmaq eşqinə düşüb? Əlbəttə, Türkiyə heç vaxt razı olmaz ki, torpağı bölünsün.

Bu gün Türkiyə küçələrində əmrə tabe olan türk əsgərləri bölücü kürdlər, İŞİD tərəfdarları, Suriya qaçqınları tərəfindən linc edilir. Polis isə seyrçi mövqeyində dayanıb. Bax görək Ərdoğan bu hərəkətlərə necə cavab verəcək? Bəlkə doğrudan da Türkiyədə çevriliş baş verib. Qeyri-türklər üstünlüyü ələ alıb. Əgər belədirsə, deməli çevrilişin ikinci başı alınmaq üzrədir.

Biz də bir Azərbaycan dövlətinin vətəndaşları, türklər olaraq Türkiyədə əmin-amanlığın tərəfindəyik.
Allah Türkiyəmizi, Türkləri və onları sevənləri qorusun. AMİN!.

Habil Şirinov, 
Birinci Qarabağ müharibəsinin veteranı, 
hərbi həkim, ehtiyyatda olan polkovnik-leytenant
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO