İyunun 6-da Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 10 saylı cəzaçəkmə müəssisəsində “Yarımçıq xatirələr”x9d filmi nümayiş olundu.
Tədbirin təşkil olunmasında əsas məqsəd “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”x9dna uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxsləri Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etməkdir.
Mərasimdə çıxış edən 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, müəssisədə klub, kitabxana fəaliyyət göstərir. Bu işdə öz dəstəyini əsirgəməyən Mədəniyyət və Turizm Nazirliyinə də minnətdarlığını bildirdi.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”x9d kinostudiyasının direktoru Müşfiq Hətəmov tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ölkəmizin hər bir vətəndaşı kimi məhbus həyatı yaşayan insanlarımız da bizim üçün əzizdir. Qeyd etdi ki, hər birimiz onların islah olunaraq yenidən cəmiyyətimizə dönməsində əlimizdən gələn köməyi göstərməliyik.
Daha sonra rejissor Elxan Cəfərovun ekran əsəri olan “Yarımçıq xatirələr”x9d filminin nümayişi başladı.
Qeyd edək ki, 2015-ci ildə ekrana çıxan film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.












































































































