Daha bir qazi yol qəzasında VƏFAT ETDİ

Hazırda oxunan: Daha bir qazi yol qəzasında VƏFAT ETDİ

138430

Mayın 18-i saat 20 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində 1954-cü il təvəllüdlü, Neftçala şəhər sakini Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi “İj-Yupiter 5” markalı motosikletlə 1995-ci il təvəllüdlü, rayonun Bankə qəsəbə sakini, Vətən Müharibəsi qazisi Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi “SKYGO” markalı moped toqquşub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, nəticədə hər iki sürücü “qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi” diaqnozu ilə Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mayın 27-si saat 13 radələrində Əli Məmmədov aldığı bədən xəsarətləri nəticəsində adı çəkilən xəstəxanada ölüb.

Faktla bağlı Neftçala rayon polis şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO