Dronlar vasitəsilə şəxsi həyata müdaxilə cinayət sayılacaq

Dronlar vasitəsilə şəxsi həyata müdaxilə cinayət sayılacaq

Hazırda oxunan: Dronlar vasitəsilə şəxsi həyata müdaxilə cinayət sayılacaq

134041
Azərbaycanda pilotsuz uçan aparatlardan istifadə edərək şəxsi həyata müdaxilə etmə cinayət məsuliyyəti yaradacaq və bununla bağlı həbs cəzası müəyyənləşdirilir.xa0

Milli Məclisdən Moderator.az-a verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə yeni bənd əlavə edilir.xa0

Yeni bəndə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanılması məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Azərbaycan Prezidenti tərəfindən layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO