Azərbaycan prezidenti qısa zaman sonra Gürcüstana yenidən niyə gedir?

Azərbaycan prezidenti qısa zaman sonra Gürcüstana yenidən niyə gedir?

Hazırda oxunan: Azərbaycan prezidenti qısa zaman sonra Gürcüstana yenidən niyə gedir?

119163

“Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfərinə hazırlıq gedir”x9d.

xa0Bu barədə APA-nın Gürcüstan bürosuna yeni baş nazir Giorgi Kvirikaşvili bildirib. O, hazırda səfərin detallarının dəqiqləşdirildiyini söyləyib.

Qeyd edək ki, baş nazir daha əvvəl verdiyi açıqlamada Azərbaycan prezidentinin yaxın gələcəkdə Gürcüstana səfər edəcəyini bildirmişdi. O, bununla bağlı İlham Əliyevlə Davosda keçirilən görüşdə razılığa gəlindiyini bəyan edib.xa0

Azərbaycan prezidentinin Gürcüstana səfərinin tarixi hələlik məlum deyil. Lakin İlham Əliyevin cəmi 3 ay öncə - ötən il noyabrın əvvəllərində qonşu ölkəyə iki günlük rəsmi səfər etməsini nəzərə alsaq, maraqlı sual ortaya çıxır: qısa zaman sonra prezidentin yenindən Gürcüstana yollanmaq niyyəti hansı hədəflərə hesablana bilərdi?

Doğrudur, sonuncu səfər zamanı Gürcüstanın baş naziri postunu indiki baş nazirin sələfi İrakli Qaribaşvili tuturdu, ancaq çətin ki, yeni ziyarət sırf tanışlıq xarakteri daşısın. Təbii ki, ortada daha ciddi mətləblər var. Onlardan biri sözsüz ki, son zamanlar rəsmi Tiflisin qaz mənbələrinin diversifikasiyası adı ilə “Qazprom”x9dla apardığı, lakin hələ ki nəticəsi olmayan danışıqlar ətrafında yaranmış situasiya ilə bağlı ola bilər.xa0


Bir sıra analitiklərə görə, bununla Gürcüstan hökuməti Azərbaycandan qaz asılılığını azaltmaqla bərabər, SOCAR-ın gürcü qaz bazarında monopoliyasına məhz “Qazprom”x9d vasitəsilə son qoymaq, paralel surətdə Rusiyaya təhlükəli reverans eləmək niyyətindədir. Yerli müxalif qüvvələr isə hökumətin bu addımlarını ölkənin suverenliyinə təhlükə kimi qiymətləndirməkdədir. Sabiq rusiyapərəst baş nazir, indiki hökumətin “boz kardinalı”x9d sayılan milyarder Bidzina İvanişvilinin Tiflisdəki ofisini önündə buna qarşı dəfələrlə etiraz aksiyaları da keçirilib. xa0 xa0 xa0 xa0xa0

Ölkənin energetika naziri Kaxa Kaladze Ermənistan vasitəsilə İran qazı almaq yönündə də neçə vaxtdır danışıqlar aparır. Bununla bağlı hətta Ermənistan prezidenti Serj Sərksiyan prezident İlham Əliyevdən bir neçə gün öncə Tiflisə səfər eləmişdi. Lakin İran marşrutu da hələ ki, öz həllini tapmayıb. Görünür, Rusiya amili hər iki məsələdə xa0vazkeçilməz olaraq qalır.
xa0
***

Azərbaycan prezidentinin səfərini zəruri edə biləcək başqa mühüm detal. Məsələ ondadır ki, axır vaxtlar rəsmi Moskvadan Tiflisin ünvanına Çeçenistanla həmsədr Pankisi dərəsi ilə bağlı terrorçuluğa dəstək ittihamları səslənir. Guya həmin əraziyə Tiflis nəzarət edə bilmir. Gürcüstan hökuməti isə bunu inadla təkzib edir.xa0

Prezident Georgi Marqvelaşvilinin ötən həftə ABŞ və Avropa Birliyi ölkələrinin səfirlərin ilə birgə Pankisi dərəsinə səfər eləməklə bir daha Rusiyanın iddialarının və mümkün müdaxiləsinin əsassızlığına diqqət yönəldib. Gürcüstanın təhlükəsizliyi və müstəqilliyi isə təbii ki, Azərbaycanın da müstəqil və suveren şəkildə var olması deməkdir. xa0

Bu xüsusda prezident Əliyevin Tiflis səfəri region və onun ətrafındakı vəziyyətdən dolayı bir daha “saat əqrəblərinin tutuşdurulması”x9d baxımından faydalı ola bilərdi. Hər necə olmasa, gürcü hökumətinin bəzi müəmmalı gedişlərinə rəğmən, bu ölkə bizə əsas “Qərb qapısı”x9d və Türkiyə qədər mühüm strateji tərəfdaş ölkə olaraq qalır.xa0


O sırada Azərbaycandan, Xəzərdən başlanğıc götürən bir neçə böyük enerji arteriyası (Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tiflis-Ərzurum qaz kəməri) məhz bu ölkənin ərazisindən keçir. 2018-ci ildə istifadəyə veriləcək TANAP qaz xətti də Gürcüstandan keçməlidir. Bu lilin axırında isə Bakı-Tiflis-Qars strateji dəmiryolu xətti nəhayət, işə düşəcək ki, bununla da Azərbaycan, Gürcüstan və Türkiyə daha möhkəm tellərlə bir-birinə bağlanmış olacaq.

*** xa0

AŞ PA-nın qış sessiyasında işğalçı Ermənistan əleyhinə qətnamə layihələrinin səsverməsi də göstərdi ki, strateji məqamlarda Gürcüstan Azərbaycanın yanında qərar tutmağı bacarır. Yeri gəlmişkən, gürcü deputatların əksəriyyətinin hər iki sənədi dəstəkləməsi Ermənistanda ciddi narazılıq və hətta psixoz yaradıb.xa0


Maraqlıdır ki, belə bir narazılıq fonunda Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli İrəvana səfər edib və burada erməni müdafiə naziri Seyran Ohanyanla 2016-cı il üçün hərbi əməkdaşlıq barədə müqavilə imzalayıb. Gürcü qaynaqlarının məlumatına görə, hər il imzalanan hərbi əməkdaşlıq müqaviləsinin əsas müddəalarını sülhməramlı fəaliyyət sahəsində təcrübə mübadiləsi, hərbi təhsil, peşəkar hazırlıq və strateji planlaşma təşkil edir.
Göründüyü kimi, əslində bu, “qaloçka”x9d xətrinə edilən bir səfər təəssüratı daşıyır və ciddi hərbi əməkdaşlıqdan söhbət getmir - hansı ki, Gürcüstan, Azərbaycan və Türkiyənin hərbi idarələri və hərbi nazirləri arasında illərdir mövcuddur. Onu da xatırlatmağa dəyər ki, müstəqillik qazanandan sonra Gürcüstan bircə dəfə də olsun, Ermənistanla ortaq hərbi təlim keçirməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO