- A-
- A
- A+
Cəmiyyət
14:53 / 02.01.2016
3 dəq oxunma
Dollar və dərman...
Hazırda oxunan: Dollar və dərman...
114277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fəlsəfə doktoru Etibar Əliyev gündəmin aktual mövzusu ilə bağlı Moderator.az -a olduqca orijinal yazı göndərib.
Həmin yazını təqdim edirik:
1 dollar 78 qəpik olanda bizim əskinasların parıltısı göz qamaşdırırdı. O vaxtlar restoranlarda hesabı çox vaxt dollarla ödəyirdilər, bazarlarda alış - verişin dollarla aparılması uduş hesab olunurdu. Hətta toylara çox adam nəməri dollarla salırdı. Ötən ilin fevral ayında dollar bizim manatı 5 qəpik ötdü. Qiymətlər bahalaşdı. İnsanlarımızın manata münasibəti kəskin şəkildə dəyişdi. İndi 1 dollar 1 manat 60 qəpikdir. Artıq heç kim açıq şəkildə, yəni çoxlarının artıq xatırlamadığı 78 qəpik dövründəki kimi dolları nümayişkaranə xərcləmir. Sanki dollar əskinaslarının parıltısı artıb, milli əskinaslarımız isə solmaqda davam edir. Vətəndaşlarımızın çoxu dolların ucuz olduğu vaxtda şirnikləşib kreditləri onunla götürmüşdülər. Onları qınamaq da olmaz. Bu valyutanın hiyləsindən bizim görkəmli iqtisadçılar baş açmırlarsa, adi vətəndaşlar necə baş açsınlar.
İndi ölkə vətəndaşlarının ən çox qorxduğu anlayış “devalvasiya”x9d anlayışıdır. Hər halda bu anlayışın da düşdüyü dalan olacaq. “Demokratiya”x9d anlayışı dalana düşmədimi? İqtisadiyyat sahəsi üzrə ali təhsillilər və alimlərdən fərqli olaraq bazarda, dükanda, apteklərdə deyirlər ki, 1 dollar 3 manat olanda dalan yaranacaq.
Böyük Amerika iqtisadçısı Con Qilbreyt (1908-2006) həmişə təmkinlə bu aforizmi işlədərmiş: “İqtisadi proqnozun yeganə funksiyası ondan ibarətdir ki, astrologiya daha respektabelli (hörmətli, ləqaqətli) görünsün”x9d. Həqiqətən də gözəl deyimdir.
Ancaq bizdə iqtisadi proqnozlar “çiçəklənməmiş”x9ddən də qabaq astrologiya respektabelli görünüb. Yəni, iş adamlarından tutmuş müəllimlərə kimi, çoxları qəzetləri astrologiya güşəsinə görə alıblar. İndi isə əhalinin böyük kəsimi münəccimliklə məşğuldur. İnsanlar alimlərə, ekspertlərə, qəzetlərin arxa səhifəsinə artıq inanmırlar. Öz proqnozları ilə yaşamağa başlayıblar. Məsələn, tanıdığım müəllimlərdən biri bayramqabağı aldığı 300 manat əməkhaqqının 160 manatını verib 100 dollar aldı. İndi o, gözləyir ki, 1 dollar 2 manat olsun. O, yerdə qalan pulu isə mütləq qənaətlə xərcləməlidir.
Gəlirəm dərmana. Dolların qalxması xeyli sayda xəstəliklərin artması və kəskinləşməsinə səbəb olacaq. Çünki insanlara lazımlı dərmanların qiyməti dəhşətli dərəcədə artıb. Həm də dollar artıq insanların mərkəzi sinir sisteminə də təsir edir. Dərmanların qiyməti aşağı düşəndə əhali xeyli sevinmişdi. Demək olar ki, varlı xəstə ilə kasıb xəstənin bərabərliyi yaranmışdı. Məsələn, mədə xorası üçün ən yaxşı dərmanlardan biri sayılan “Pariet”x9d 6 manata, qaraciyər üçün ən yaxşısı sayılan “Heptral”x9d isə ucuzlaşaraq bir qutusu 28 manata düşmüşdü. Dollar məlum zirvəyə qalxan kimi 1-ci dərman 16 manata, ikincisi isə 48 manata qalxdı. Şəkər xəstələri üçün yaxşı dərman sayılan “Siofor”x9d-un da qiyməti demək olar ki, 2 dəfə artıb. Dollardan fərqli olaraq dərmanı alıb evə yığmaq olmur. Axı, onların istifadə müddəti var. Həm də əhali dərmanların qiymətinin belə kəskin artmasına inanmırdı. Dərmanların ucuzlaşdığı vaxtda bəlkə də fürsətdən istifadə edib, xəstəliklərin daşını müvəqqəti atanlar olub. Lakin xəstəliklərin çoxu geridönən xarakterli olduğundan tam sağalmaqdan söhbət gedə bilməz. Dərmanların qiyməti ikiqat artdıqdan sonra keyfiyyətli dərman almaq çətinləşəcək.
Ötən əsrin 30-cu illərində ABŞ-da baş verən iqtisadi böhranın adını elə-belə “depressiya”x9d qoymadılar. Biz isə hələlik “devalvasiya”x9d deyib - durmuşuq. Yəqin depressiyaya hələ çox var.
Azərbaycanda dolların “şıltaqlığı”x9dna qarşı manatın “üzməsi”x9d təklif olundu. Manatın “üzən məzənnə rejimi”x9dnə keçməsi ilə bağlı iqtisadçı ekspertlərdən biri maraqlı fikir söylədi: “Bu yazıq manata “üzməyi”x9d siz nə vaxt öyrətdiniz ki, indi onu suya buraxırsınız? Manat “üzməyi”x9d bacarmır, buna görə də batacaq”x9d.
Ancaq siz Allah, dərmanların qiymətini də “üzən rejimə”x9d keçirməyin. Qoyun əhali dolların gətirdiyi xəstəliklərə qarşı normal qiymətə dərman alıb içsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































