Azərbaycan telekanallarının reytinqi açıqlandı

Hazırda oxunan: Azərbaycan telekanallarının reytinqi açıqlandı

111671

Azərbaycan telekanallarının ilkin reytinqi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, ötən həftə yerli telekanallara 5 milyon 251 min adam baxıb:

"Ortalama izləmə müddəti 4 saat olub. Türk kanallarına isə 3 milyon 500 min adam baxıb. Onların ortalama baxışı 2 saat olub. Rus kanallarına baxış sayı isə 1 milyon 550 min olub və ortalama baxış müddəti 30 dəqiqədir. 25 faiz əhali isə digər platformaları izləyib".

Şura sədri deyib ki, bəzən sosial şəbəkələrdə belə fikirlər səsləndirilirdi ki, yerli kanallara baxan yoxdur:

"Amma iri reklam televiziyalardadır. Bu iki məsələ üst-üstə düşmürdü. Gələn ilin əvvəlindən kanalların reytinqi Şuranın saytında elan olunacaq. İstənilən şəxs oradan hansı kanalların daha çox izlənildiyinə baxa biləcək. Burada geniş data məlumatı olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO