“Elmi ad və dərəcələrin verilməsində islahata ehtiyac var”x9d

“Elmi ad və dərəcələrin verilməsində islahata ehtiyac var”x9d

Hazırda oxunan: “Elmi ad və dərəcələrin verilməsində islahata ehtiyac var”x9d

80682
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a İslam dünyasının Qərbə elmdə uduzmasının səbəblərini göstərən maraqlı analitik məqalə göndərib. Məqalənin sonuncu bölümünü oxuculara təqdim edirik:

Əvvəli bu linkdə----moderator.az/index.php?xeber=80597


Alim əməyi qiymətləndirilməsi
   
Əvvəlcə bir haşiyə çıxmaq istəyirəm. Rəhmətlik H. Z. Tağıyev Molla Abuturabla son söhbətində Hacının var - dövlətin itirilməsi ilə bağlı sualına belə cavab verir: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə əbədi olan haqda çox düşün. H. Z. Tağıyev 1924-cü ildə vəfat edəndə “məni Molla Abuturabın ayağının altında dəfn edərsiniz”x9d vəsiyyətinə əməl edilmişdir. Bu vəsiyyət Molla Abuturabın ruhuna böyük hörmət idi. İndi hansı oliqarx “məni filan akademikin ayaqlarının altında dəfn edərsiniz”x9d vəsiyyətini edər? Məncə Hacının var - dövləti oliqarxların var dövlətindən az deyildi...
Tarixən həmişə alimə diqqət və qaygı böyük olmuşdur. Makedoniyalı İsgəndərin atası Flippin, ondan 1500 il sonra Nizami Gəncəvinin alim haqqında yüksək fikirləri məlumdur. Çünki elm gücdür, iqtisadiyyatdır. Elmi faydalı hala gətirmək üçün alim əməyi layiqincə qiymətləndirilməlidir. Belə olanda gənclər elmin ardınca gedər. Onlar elmin dalınca ona görə getmirlər ki, alimin əməyi layiqincə dəyərləndirilmir. Alimin qədrini bilmək üçün elmin cəmiyyətdə yeri düzgün dəyərləndirilməlidir.                                                                                                
Elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 il ətrafındadır. Belə yaşda gənclər özlərini elmə tam həsr edə bilirlər. Bu yaşdan sonra həyat öz şərtini diktə edir. Ailə, uşaq qayğısı əlavə vaxt tələb edir. Bu faktın özü gənclər siyasətində nəzərə alınmalıdır. Misal üşün, bizim gənclərin maqistraturadan, həm də doktoranturadan əsgərliyə aparılmasını müdrük addım  hesab etmək olmaz. Bəzi ölkələrdə (misal üçün İsraildə) gəncləri əsgərliyə orta məktəbdən sonra, unversitetdən qabaq aparırlar. Ona görə ki, sonrakı təhsil trayektoriyası sınmasın. Qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərdə gəncliyin 80% çoxu universitetlərdə oxuyurlar. Ancaq bu göstərici bizdə 20% -dən azdır. Alim olmaq vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir. 
Alimin təqaüdə çıxma yaşı da müzakirəyə ehtiyacı olan məsələlərdəndir. Fiziki işlə məşğul olub təqaüdə çıxmaqla, əqli işlə məşğul olub təqaüdə çıxmanın fərqinə varmaq lazımdır. Nəzərə alınmalıdır ki, insan yaşa dolduqca onun fiziki gücü tükənir, əqli güc isə tükənmir, əksinə, insan kamilləşir. Hesab etmək olar ki, müəllimlərin, alimlərin təqaüdə çıxma yaşına qoyulan tələblər çox yumşaq olmalıdır və çox vaxt alimin öz ixtiyarına verilməlidir. Gənc alim qocaman professorla müqayisədə çox dərs deyə bilər. Ancaq qocaman müəllimin yazdığı monoqrafiyanı, icmal məqaləni, fəlsəfi ümümiləşməni gənc müəllim edə bilməz. Həyatı boyu çoxlu bilik yığmış dəyərli elm adamına bu bilikləri maqistrlərə, doktorlara ötürməyə şərait yaradılmalıdır.
AMEA prezidenti akademik A. Əlizadə son illər dövlət büdcəsindən ali məktəblərə elmi tədqiqatlar üçün pul ayrılmamasından narahatlığını belə ifadə etmişdir: "Ali məktəblərdə elm tənəzzülə doğru addımlayır, mən lazımi səviyyədə bu məsələni qaldıracam”x9d.
  
Elm adamların əməyinin qiymətləndirilməsində də reformaya ehtiyac var. Alimlərimizin sayı 10 000 nəfərdən çoxdur. Bunların 20 % - təqribən 2000 nəfərdir.  Kimdir bu 2000 nəfər? Bu alimlər Tomson, Skops jurnallarında çap oluna bilmək potensialına malik alimlərdir.     
Bu alimlər dünya səviyyəli intellektual insanlardır. Bu insanlara elmi şərait və ya rəqabət meydanı yaradılarsa onlar öz üstünlklərini ortaya qoya bilərlər. Reformanı elə aparmaq olar ki, elmə ayrılan pullardan ən çox “20”x9d-lər istifadə etsinlər. Bunun üçün təzədən velosiped icad etməyə ehtiyac yoxdur. Bizim mentalitetimiz ( milli psixologiya, düşüncə tərzi və inkişaf dərəcəsi) türk mentaliteti olduğundan, məncə burda Turkiyə modelindən istifadə etmək olar.  
 
Şübhəsiz, elmi tədqiqatlar, araşdırmalar elmi nəticələrlə yekunlaşır. Nəticələr çap olunandan sonra bu intellektual məhsulun dəyərinə görə alimin əməyi layiqincə qiymətləndirilməlidir. Əgər alimin elmi nəticəsi dünyanın məşhur elmi jurnallarında cap olunubsa Türkiyə Elm və Texnika Araştırma Kurumunun (TÜBİTAK) bu məqaləni təqribən 2000 dollar səviyyəsində, işlədiyi universitet isə təqribən 1000 dollar səviyyəində mükafatlandırır. Qeyd edək ki, elmi jurnalların sayı çoxdur. Bu jurnalların impact faktorları (elmi jurnalın əhəmiyyətinin kəmiyyət göstəricisi) da müxtəlifdir. Xarici elmi jurnalların sayı 50 000 çoxdur. Bəzi məlumatlara görə Skops bazalı jurnalların sayı 29 000, Tomson bazalı jurnallar 21000-dir. Qeyd edək ki, Web of science (Thomson  Reuters) bazalı elmi jurnallar çox keyfiyyətli elmi məqalələri çap edən jurnalları əhatə edir və sayı 7000-dir. Scopus и Thomson Reuters bazalı jurnalların elmi məqalələlərə qoyulan tələblər Web of science- dən aşağıdır.                                             
Əgər alim ildə belə jurnallarda bir neçə məqalə çap edərsə onda onun elmi fəaliyyətdən maaşdan əlavə qazancı (təqribən 10 000 dollar) olacaqdır. Təbii ki, mükafatı “20”x9d ”“ lərin təmsilçiləri alacaq, “80”x9d-lar isə bu işdən kənarda qalacaq. Elm kadr baxımından içəridən təmizlənəcək. 
Bu yaxınlarda (27.05.15) ADİU-nin rektoru prof. Ə. Muradovun bir neçə təhsil ekspertləri ilə qonağı oldum. Universitetin əldə etdiyi nailiyyətlərlə, daha doğrusu, liberal dəyərlərin tətbiqi ilə tanış oldum. Bu universitetdə də elmi işlərin dəyərləndirməsində təqribən Türkiyə modelindən istifadə edilir. Belə ki, dəyərli bir elmi məqaləyə universitetin alimi 2000 AZN mükafat alır. Aydındır ki, bu əlavə mükafatı 20-lər ala bilər. Bu isə talantlı alimlərin elmi işini stimullaşdırır və  gənclərin elmə gəlməsinə stimul yaradar.
Azərbaycanda 2009 - cu ildə prezident fərmanı ilə Elmin İnkişafı Fondunun yaradıldı.  Xoş niyyətlə qurulmuş Fond məqsədinə qulluq etməlidir. Fondun fəlsəfəsi düz istiqamətdə yönəldilməlidir. Təəssüf ki, Fond pulu nəticəyə yox, ideyaya verir. Hesab edirəm ki, alimin bazara çıxardığı elmi məhsul mükafatlandırılmalıdır, təcrübədən keçməmiş ideya yox.  Fondun məqsədlərinin biri də inkişafın, mədəniyyətin yüksək səviyyəsi kimi Azərbaycan elmini dünyaya təqdim etmək olmalıdır. Elmi nəticə bəşəri olmalıdır. Lokal bir problem həll etməklə Azərbaycan elmini şöhrətləndirmək olmaz. Bu nəticələr bəşər elminə Azərbaycanın töhfəsi olmalıdır. A. P. Çexovun elmlə bağlı bir fikrində deyilir: “Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil”x9d.  

Müdafiə şuraları

Elmi ad və dərəcələrin verilməsində də islahata ehtiyac var. Bu prosesdə qüsura məsuliyyət daşıyan yoxdur. Mövcud kollektiv məsuliyyətdən (Elmi Şuralarda gizli səsvermədən) fərdi məsuliyyətə keçmək lazımdır. Bu gün bir nəfərin alim adını alması üçün onun rəhbərindən tutmuş elmi şuranın üzvünə kimi  təqribən 25 alimin (elmi rəhbər, üstəgəl 2 və ya 3 opponent, üstəgəl 20-dən çox Şura üzvləri ) “hərisin”x9d almaq lazımdır. Mən müdafiələrdə elə opponentlərə rast gəlmişəm ki, o dissertantı rəhbərdən çox tərifləyir və müdafədə dövlət tərəfindən və ya cəmiyyət tərəfindən çıxış etməsini unudur. Bu yoldan imtina etmək lazımdır. 25 nəfər Şüra üzvünü səhv qərara görə cəzalandırmaq real görünmür. Üç-dörd nəfər adlı-sanlı, hörmətli alimin şəxsi məsuliyyəti altında müdafiələr təşkil edilsə və qərar internetdə yerləşdirilsə obyektivliyi təmin etmək olar. Saxtakarlığa yol vermiş alimi ictimai və ya inzibatı cəzalandırmaq da mümkündür. 
BDU ”“nun Fizika fakültəsinin 26.12.14 tarixli Müdafiə Şurasının iclasında pedaqoqika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda fizika tədrisi metodikasının inkişafı”x9d mövzusunda müdafiəsi oldu. Müzakirə zamanı Şuranın üzvü kimi mən də aşağıdakı məzmunda çıxış etdim: 
          
“Hörmətli sədr, hörmətli Şura üzvləri. Bizim Elmi Şurada kosmosun ənginliklərindən tutmuş atomun dərinliyə kimi mövzular müzakirə olunub. Bu işlərin nəticələrinə kölgə salmadan demək olar ki, bu işlərin bəşəri elmə xeyri olsa belə, siravi Azərbaycan vətəndaşlarının güzəranəna təsiri yox dərəcəsindədir. Azərbaycan xalqı elmimizin nəticələrindən faydalana bilmir. Bu gün müzakirə etdiyimiz elmi işin bizim sıravi vətəndaşlara həm birbaşa, həm də dolayısı ilə xeyri var. Çünki söhbət təhsildən gedir, pedaqoqikadan gedir. Təhsil isə əhalimizin az qala yarısını əhatə edir. Demək, bu müzakirə əhalinin təhsil səviyyəsinə təsir edə bilər. Belə mövzular birbaşa milli marağa qulluq etdiyindən biz pedaqoqika elminə kömək etməliyik”x9d. 
           
Fənlərin tədrisi metodikası və pedaqoqika dolayısı ilə xalqa xidmət edən elm sahəsidir. Öz milli əhəmiyyətinə görə bu elm sahəsi iqtisadiyyat və hüquq elmləri kimi elmlərlə bir sırada dayanmalıdır. Bu sahənin AMEA-da təmsilçiliyinə ehtiyac böyükdür. Bir tərəfdən bu təmsilçilik akademiyanın təbii üfüqlərini də genişləndirər, pedaqoji ictimayyət vasitəsi ilə təhsil sistemi ilə birbaşa təmas yaradar və elmi - metodoloji cəhətdən təhsilə rəhbərlik edər. Bu yerdə nəzəri mənbə kimi Heydər Əliyev irsindən də istifadə etmək olar. Ulu öndərin bu məsələ ilə bağlı dəyərli fikri var: “Bizim dövlətin gələcək taleyi gənclərə nəyi və necə öyrətməmizdən asılıdır”x9d. Orta məktəblərdə təhsilin səviyyəsini artırmaq üçün fənləri “necə öyrətmək”x9d probleminin həlli tapılmalıdır. 
Göründüyü kimi pedaqoji elmlərin vəziyyəti ölkəmizə qənaətbəxş deyil və diqqət mərkəzinə çəkilməyə böyük ehtiyac vardır. Pedaqoji elmlər öz əhəmiyyətinə görə iqtisadiyyat və hüquq elmləri ilə bir sırada durmalıdır. Biz elmi biliklərin (fizikanın, riyaziyyatın, kimyanın, biologiyanın və dig.) metodologiyasını öyrənməklə, bu elmlərin məktəbdə tədrisinin keyfiyyətini yüksəldə bilərik. Bu isə millətə çox vacibdir. Diqqət yetirin, 2014 ”“cü ildə BDU-nun fizika fakultəsinə girən tələbələrin orta balı 700-ə qarşı 365 olmuşdur. 365 bal  isə 2 ilə 3 bal arasında bir bilik səviyyəsidir. Belə biliklə universitetlərə girən tələbədən əlbəttə ki, alim hazırlamaq çətindir. Belə olan halda təbii olaraq elmin səviyyəsi aşağı düşəcək. 
Gənclər özlərini yaxşı tanıyırlar və onlar özlərini savadlı saydıqda elmin dalınca gedəcəklər. Onlar savadsız alim olmaq istəmirlər. Belə olan halda elmdə “qocalmanın”x9d qarşısı da alınar. Demək, AMEA struktur baxımdan da islahata getməlidir.
         
Gənclərin elmə gəlməsi naminə alimin cəmiyyətdə yeri aydın müəyyən edilməlidir.                                                 
Alimin cəmiyyətdə yeri ilə də bağlı Akademiyanın aydın konsepsiyası olmalıdır. Bir çox ölkələrdə mənəvi dəyərlərin daşıyıcısı kimi alimin yeri çox yüksək tutulur. Misal uçün Danimarkada “Namus evi”x9d deyilən evdə zaman- zaman Danimarkanı dünyada tanıdan alim yaşayır.
Qardaş Türkiyədə də son zamanlar bu işə diqqətlə yanaşırlar. Belə ki, Türkiyənin 10 lirəlik banknotunda  riyaziyatçı alim TÜBİTAK ilk başqanı Cahit Arfin (1910- 1997)  şəkli yer alır. Digər türk alimi  və elm tarixçisi Aydın Sayılı (1913- 1993) 5 lirəlik türk banknotun arxa üzünə vurulmuşdur.  Hesab edirəm ki, elmi diriltmək və gəncləri elmə gətirməyin ən məqbul yolu elm adamına hörmətdir.
 Əgər biz də belə bir təşəbüsdə bulunsaq onda sual olunar, elm adamlarından kimlərin şəklini banknota vurmaq olar? Çoxlu ləyaqətli Azərbaycan alimlərinin adı yada düşür. Məsələnin düzgün həllin tapmaq çətin deyil...                                                                                                                 
Elmi mühit 

Müasir müsəlman dünyasında elmin geri qalmasının bir səbəbi də zəruri elmi mühitin yaradıla bilməməsidir. Elmi ”“tədqiqat mərkəzləri formaca yaradılır, ancaq onun zəruri daxili məzmunu yarada bilmirik. Qartallar üçün hava mühiti, akulalar üçün su mühiti nə qədər lazımdırsa, elm üçün də elmi mühit lazımdır. Elmi mühit yaratmaq üçün kompleks şərtlər ödənilməlidir. Diskusiya meydançalar olmalıdır və müntəzəm seminarlar fəaliyyət göstərməlidir. Alimlərin mobilliyi, beynəlxalq səviyyəli toplantılarda iştirakı təmin edilməlidir. Kitabxana fondu, periodik jurnallar fondu müsir tələblərə cavab verməlidir. Dünyada tanımış alimlərin mühazirələri, seminarları təşkil edilməlidir. Alimlərin məişət problemləri iş yerində yüksək səviyyədə təmin edilməlidir. Elmi tədqiqatın gündəlik xərcləri çevik həll edilməsi təmin edilməlidir və s. 
Avropa Universitetlərində elmi ”“ tədqiqat aparmaq üçün hər çür zəruri şərait və mühit (elmi, iqtisadi, texniki, məişət)  yaradılır. Aydındır ki, tədqiqatçı da insandir və onun da gündəlik çay və kofe içmək və ya günorta yeməyi yemək haqqı tanınmalıdır. Bu haqlar Qərb Universitetlərində tanınır. Bu ehtiyacları onlar laboratoriyada və ya kafedrada yox, bu məqsədlə ayrılmış və soyuducusu, kofe (çay) dəsti ilə təmin edilmiş ayrıca bir otaqda ödəyirlər. Laboratoriya üzvləri ən azı gündə iki dəfə ( 12.00 və 15.00) öz fiziki və mənəvi təlabatlarını ödəmək üçün bu otağa yığışırlar. Belə otaq olmayanda da insan öz ehtiyaclarını müxtəlif primitiv yolla ödəyəcək. Ancaq bu qüsur elmin effeklivliyinə və keyfiyyətinə təsir edəcəkdir.
Belə şərait dəyərli elmi nəticələr almağa səbəb olur. Finlandiyada üç aylıq elmi ezamiyyətə  olanda mən tanıdığım yox, tanımadığım, elmi işlərinə bələd olmadığın  - başqa bir professorla - Mauri Luukkala işləməli oldum. Birinci ay professorun işləri, elmi istiqaməti ilə tanış oldum və laboratoriyanın hesabatlarını və professorun məqalələrini öyrəndim. İkinci ay birgə tədqiqatın planlarını müzakirə edib, tədqiqatlar apardım. Üçüncü ay sonuna yaxın nəticələri çap üçün B. Britaniyanın “Elektron Letters”x9d jurnalına  göndərdik. Jurnal məqaləni çox qısa müddətdə 30 gün ərzində çap etdi. İlk müsbət rəyi Nobel mükafatı laurantı Allen Kormaxdan aldıq. Demək, yaradılan elmi mühit və şərait güclü nəticələr almağa imkan verir.   

SON
   
Dəyərli oxucular, qeydlərim təhsilə elmə bir baxışdır, dünyagörüşümdür. Elm və təhsil dərk edilməmiş həqiqətdir. Elmimiz zəifdir, ona görə ki, təhsil zəifdir, təhsildə keyfiyyət zəifdir. Universitetlərin sayı lazım olandan azdır. Dünyanın 100 top universitetləri sırasında bir müsəlman universiteti yoxdur. İdarəetmədə hüquqi baza zəifdir. Elmi qurumların dünya şöhrətli alimlər yox, sıradan alimlər idarə edirlər. Bürokratiyanın köməkliyi ilə bu alimlər talantlı alimləri küncə sıxır, düzgün qərarlar qəbul edə bilmirlər. Şəxsi mənafeni ictimai mənafedən üstün tuturlar. Seçimdə öz saylarını artırırlar. Maliyyələşmə prinsipləri  elədir ki, elm yox, kvazielm inkişaf edir. Bütün bu qüsurlar nəticəsində talantlı gənclik elmə gəlmir. Müsəlman dünyasında elm inkişaf edə bilmir, yayıla bilmir, tətbiq edilə bilmir.                                                               
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO