Milyonçu müğənni itini tapana 10 min dollar MÜKAFAT VERƏCƏK 

Milyonçu müğənni itini tapana 10 min dollar MÜKAFAT VERƏCƏK 

Hazırda oxunan: Milyonçu müğənni itini tapana 10 min dollar MÜKAFAT VERƏCƏK 

97588

Dünyaca məşhur milyonçu aktrisa və müğənni Peris Hiltonun iti iki həftədir itib. O, “Diamond Baby” adlı  itini tapmağa çalışır. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, milyonların varisi axtarışa detektiv cəlb etsə də, nəticəni görmədiyindən Kaliforniyanın ən məşhur ekstrasenslərinə müraciət edib.  

Yeddi mütəxəssis müğənnini ev heyvanının sağ olduğuna inandırıb.  

Hilton sevimli “Çihuahua”sını evə gətirməyə kömək edən hər kəsə 10.000 dollar mükafat təklif edib. Peris iti tapanlara verəcəyi qonorarı yüksəltməyə hazır olduğunu da deyib. 

Lakin mühafizə qrupu bunun əleyhinədir:

“Məndən bunu etməməyi xahiş edirlər. Çünki bu, digər itlərimə və özümə təhlükə yarada bilər. Mükafat üçün məni və ev heyvanlarımı oğurlamağa çalışacaq hansısa xəstə əclafın hədəfi ola bilərik”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO