Yüksək Liqa: “Neftçi” ilk qələbəsini qazandı - FOTO

Hazırda oxunan: Yüksək Liqa: “Neftçi” ilk qələbəsini qazandı - FOTO

116861

Bu gün voleybol üzrə yüksək liqada 3-cü turun bir oyunu keçirilib.  

Bizim.Media xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində “Neftçi” və MOİK komandaları üz-üzə gəlib.  

Rəqibindən daha təcrübəli olan “ağ-qaralar” hər üç setdə üstün olublar. 3:0 (25:19, 25:19, 25:15).

Bu, “Neftçi”nin cari mövsümdə ilk qələbəsi olub. Hazırda komanda 3 xalla turnir cədvəlində 3-cü yerdədir. Çempionatın lideri iki oyundan maksimum nəticə göstərən “Murov” komandasıdır. “Xarı Bülbül”ün 3 xalı olsa da, onların ehtiyatda hələ bir oyunu var.

Sabah məhz bu iki komanda qarşılaşacaq.  

Sonuncu pillədə olan MOİK-in hələ ki, xalı yoxdur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO