Universitetin həyətini elan saytında satışa qoydular - Təhsil ocağından AÇIQLAMA - FOTO

Hazırda oxunan: Universitetin həyətini elan saytında satışa qoydular - Təhsil ocağından AÇIQLAMA - FOTO

55993

Bakı Mühəndislik Universiteti ölkənin yaxşı ali məktəblərindən hesab edilsə də, zaman-zaman adı qalmaqallı məsələlərdə hallanıb. Bu dəfə universitetin şəkli elan saytlarının birində yerləşdirilərək həyətyanı sahəsinin kirayə verildiyi qeyd edilib.

Bizim.Media xəbər verir ki, elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu universitetdə təhsil haqqı borcu olan tələbələrin adları divara vuruldu - FOTO


Təbii ki, bu paylaşım heç də xoş qarşılanmayıb. Universitetin keçmiş tələbələri universitetin bu tip elanda adının hallanmasına təəssüf hissi keçirdiklərini qeyd ediblər.

Məsələ ilə bağlı Bakı Mühəndislik Univeristetinin mətbuat katibi Elman Babayevlə əlaqə saxladıq. O, elanla bağlı məlumatsız olduğunu qeyd edib:

“Bu haqda heç bir məlumatımız yoxdur. Universitetin həyətində belə bir şeyin olması təbii ki, mümkünsüzdür. Məsələ ilə bağlı araşdırma edəcəyik”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO