Metyu Brayza: “ABŞ-ın təklifləri Ukraynadan çox Rusiyanın xeyrinədir” – EKSKLÜZİV
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və tanınmış sahibkar Cared Kuşnerlə görüş keçirib. Bundan əlavə, Rusiya, ABŞ və Ukraynanın nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun Əbu-Dabidə danışıqları baş tutub.
Bəs ard-arda keçirilən bu iki görüşdən hansı nəticələr əldə edildi?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.
Analitik hesab edir ki, son görüşlərdən ciddi nəticələr gözlənilmir:
“Əbu-Dabidə Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında böy...