Bu şəxslər erkən pensiya hüququ qazana bilər – YENİ QƏRAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda edilən yeni dəyişikliklə bağlı izah verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.
Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət g...