Bu şəxslərin ödədiyi ƏDV tam geri QAYTARILACAQ - FOTO
“Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur.
"Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir.
Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, ölkəni tərk edən zaman ödədiy...