"İsrail Azərbaycanın əsas tərəfdaşlarından biri olacaq" - "YNET" nəşri

Hazırda oxunan: "İsrail Azərbaycanın əsas tərəfdaşlarından biri olacaq" - "YNET" nəşri

75403

“İsrailin məqsədi Azərbaycanın taxıl idxalından asılılığını aradan qaldırmaq və onun taxıl ixrac etməsinə imkan yaratmaqdır. İsrail bu ölkəyə taxıl becərilməsi texnologiyalarını təqdim edəcək ki, iki-üç ildən sonra Azərbaycan yenidən İsrailə məhsul ixrac edə bilsin”. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin nüfuzlu “YNET” nəşrində İsrail kənd təsərrüfatı naziri Oded Forerin Azərbaycana səfəri haqqında yazılan məqalədə bildirilib:  

“İsrail nümayəndə heyəti taxıl becərilməsi, suvarma və süd məhsulları istehsalı təcrübəsini bölüşəcək. İsrailin kənd təsərrüfatı naziri uzunmüddətli perspektivdə Azərbaycanla əməkdaşlığa ümid edir”. 

Nəşr qeyd edir ki, bütövlükdə Azərbaycanda, o cümlədən Qarabağda kənd təsərrüfatının inkişafında İsrail Azərbaycanın əsas tərəfdaşlarından biri olacaq:

“Bu baxımdan, “ağıllı kənd” layihəsi Azərbaycanın flaqman layihəsidir və gözlənildiyinə görə keçmiş məcburi köçkünlər olan Azərbaycan vətəndaşları yaxın həftələr ərzində oraya köçəcəklər. İsrail şirkətləri orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldurlar, o cümlədən İsrail texnologiyalarından istifadə edilməklə fermalar tikirlər”. 

“YNET” həmçinin beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun sözləri sitat gətirilib:

“İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ilyarım bundan əvvəl erməni işğalından azad edilmiş torpaqlarda bircə bina, bircə uşaq bağçası və ya məktəb, bircə kitabxana və muzey belə salamat qalmayıb. İşğalçı erməni ordusu qarət və vandalizmlə məşğul olub, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi şəhərləri yerlə-yeksan edib”. 

“İsrail 30 il ərzində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən olub. Avrasiyada heç bir ölkə İsrail ilə Azərbaycandan daha sıx, daha səmimi dostluq əlaqələrinə malik deyil” – deyə Arye Qut qeyd edib. 
Məlumat üçün bildirək ki, Azərbaycanda rəsmi səfərdə olan İsrailin kənd təsərrüfatı naziri Oded Forer bir neçə gün bundan əvvəl Zəngilanda, erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində yaradılan unikal “ağıllı kənd” layihəsi və bu layihənin həyata keçirilməsində İsrail texnologiyalarının mənimsənilməsi ilə tanış olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO