Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir” - VİDEO

Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir” - VİDEO

Hazırda oxunan: Prezidentin Xocavənd sakinləri ilə SƏMİMİ DİALOQU: “Dadına baxın, təndir çörəyidir” - VİDEO

598341

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları Xocavənd şəhər sakinləri ilə görüşüb söhbət ediblər.

Qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf.

Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə.

Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz.

Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin.

Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.

Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.

Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.

Qadın sakin: Nuş edin, nuş olsun.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO