Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını sizə təqdim edir:
- “Gəncə hadisələri” ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb.
- Hikmət Hacıyev İstanbulda Türk Şurası Media Forumunda iştirak edib.
- Təhsil və Səhiyyə nazirliklərindən 12 yaşdan yuxarı uşaqlarla bağlı çağırış.
- Mərkəzi Kəşfiyyat İdarəsi: “İran Qafqazda Hizbullah yaratmaq istəyir”.
- Rəisini Ərdəbildə Azərbaycanı hədələyən imam qarşılayıb.
- Sahibə Qafarova Moldova Parlamentinin sədri ilə görüşüb.
- Azərbaycan yeni döyüş təyyarələri alacaq.
- Bakının Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 48 nəfər saxlanılıb.
- Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurub.
- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
- Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
- Türkiyədə Polad Həşimovun anasına mükafat təqdim olunub.
- Rusiyadan qaçan azərbaycanlı iş adamı Telman İsmayılov Çernoqoriyada sığınacaq alıb.
- Azərbaycanın Xalq artisti Canəli Əkbərov vəfat edib.
Bizim.Media