Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL

Hazırda oxunan: Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL

42754

Ermənistan sərhəd bölgüsündə Azərbaycandan nəyi qopartmaq istəyir? Yəni, bu sual çoxlarını maraqlandırır və şübhələrə əsas səbəb də o gətirilir ki, “yoxsa İrəvan delimitasiyanı bu qədər yubatmazdı”. Əlbəttə, hər kəsin siyasi yozum tərzi fərqlidir. Bəzən hətta politoloqlar mövcud məsələnin analiz və proqnozunda səhvlərə yola verə bilər. Real praktika və faktlara əsaslanan cavab tapmaq istədik. 

Bu səbəbdən Bizim.Media Azərbaycanın eks xarici işlər naziri Tofiq Zülfüqarovla əlaqə saxladı. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda anti-Rusiya siyasətinin arxasında kim durur? - TƏFƏRRÜAT 


Tofiq Zülfüqarov açıqlamasının əvvəlində qeyd etdi ki, əslində sərhəd məsələsi daha çox Ermənistanın xeyrinədir.

Çünki İrəvan müharibədə məğlub tərəfdir, hərbi baxımdan Bakıdan qat-qat zəifdir:

“İkincisi də, məsələ ondan ibarətdir ki, biz də onların siyasətini bu və ya digər formada təkrarlamaq, onlara qarşı ərazi iddiası irəli sürməklə erməniləri zəiflədə bilərik. Bu, bir növ təzyiq olacaq. Azərbaycan artıq bu taktikanı istifadə edir və ermənilər bundan çox narahatdırlar. İstisna etmirəm ki, bu təzyiqlərin nəticəsində onlar sərhəddən daha çox danışmağa başlayıblar. Amma onların əsas problemi xəttin bu və ya digər yerdən keçməsi deyil. Əsas problemləri odur ki, bu addımla - ərazi bütövlüyünü tanımaqla ermənilərin illərlə reallaşdırmağa çalışdıqları siyasi layihə (Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi proyekti) iflasa uğrayacaq. Üstündən birdəfəlik xətt çəkilməlidir”.

Söhbət “Artsax”dan gedir?

“Bəli, o “Miatsum” layihəsidir. Ermənicə belə adlandırırlar. Amma ermənilər sərhəd mövzusunda addımbaaddım reallığı qəbul edəcəklər”. 

Daha əvvəl, 44 günlük savaşdan bir neçə ay sonra ermənilər Qaragöl ətrafında, Şurnuxu kəndinin sərhəd məsələsində problemlər yaradırdılar. Amma hazırda Gorus-Qafan yolunda Azərbaycanın postu var. Qarabağın daxili yox, məhz Kəlbəcər-Laçın, Qubadlı-Zəngilan istiqamətindəki sərhəddə ermənilər hansı nöqtələri təhvil vermək istəmirlər?

“Onlar istəyirdilər ki, gərginliyi artıraraq əraziyə üçüncü qüvvələri cəlb etsinlər. Bununla sərhədin delimitasiyası aparılmadan, Azərbaycanın ərazi bütövlüyünü tanımadan orada hansısa xarici qüvvələri yerləşdirib özləri üçün təhlükəsizliyi təmin etmək arzusundaydılar. Fransaya, Rusiyaya müraciət ediblər. Deyəsən təkcə İran Ermənistanın müraciətinə müsbət baxmaq niyyətində idi, amma onun qarşısını alıblar. Bu baxımdan, Putin “Valday” klubunun plenar iclasında sərhədlərin əsas məsələ olmasını deyib. Və bildirib ki, burada başqasının vasitəçilik etməsinə ehtiyac yoxdur:

“Biz varıq, biz edəcəyik”. Bunun özü isə erməniləri narahat edir. 

Çünki onların Rusiya ilə münasibətləri Kremlə tam etibar edəcək səviyyədə deyil. Onlar yaxşı başa düşürlər ki, belə deyək, sağ-sol eləsələr Rusiya onları cəzalandıracaq. Ermənilər də görür ki, qərb ölkələri, nəbilim İrandır, Çindir – bunlara görə gələn, erməniləri qoruyan deyillər. Ona görə də İrəvan məcburən reallığa əsaslanan bir mövqe göstərməlidir. Və göstərəcək”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO