Azərbaycanda prospekt, küçə, meydanlara ad verilməsilə bağlı qanunvericiliyə dəyişiklik
edildi

Azərbaycanda prospekt, küçə, meydanlara ad verilməsilə bağlı qanunvericiliyə dəyişiklik edildi

Hazırda oxunan: Azərbaycanda prospekt, küçə, meydanlara ad verilməsilə bağlı qanunvericiliyə dəyişiklik edildi

35644

Azərbaycan Prezidenti İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni "Ərazi
quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb ki, "Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə"nin 3.11.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Əsasnaməyə aşağıdakı məzmunda 3.11.8-ci yarımbənd əlavə edilsin:

"3.11.8. prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların adının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsini 3 (üç) gün müddətində
məlumatlandırır."



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO