Aeroportun icarəsi və ya köhnə hədəflərin yenidən qızışdırılması...
xa0
Bütün diktatorların rejimi ilk baxışda güclü görünür. Ordu, polis, xüsusi dəstələr, məxfi orqanlar, cəmiyyətin konformist ziyalı təbəqəsindən tutmuş böyük məmur heyətinədək diktator hakimiyyətini müdafiə edən inasanlar, ştatlı tərif yağdıran deputatlar, zəhmətkeşlər, gecə-gündüz hər şeyin gözəl olduğunu təbliğ edən televiziyalar və sairə, sanki əbədi hakimiyyət görüntüsü yaradır. Amma, ilk baxışda belədir, SSRİ kimi totalitar rejim dağılandan sonra, Yuqoslaviya, “ərəb baharı”, Sudan, Gürcüstan və başqa ölkələrdə baş verən demokratik dəyişikliklər göstərdi ki, ən qəddar diktatura rejimləri belə bir günün içərisində dağıla bilir. Tolstoyun ibarəsi ilə desək, bütün demokratlar bir-birinə bənzəyir, diktatorlar isə hərəsi bir cürdür. Tamamilə fərqli olanlar da var.
Adətən bəzi ölkələrin avtoritar rejim sahibləri siyasi iradələrini yalnız ölkəsi daxilində yeritməklə kifayətlənirlər. Rusiyada isə tarixən vəziyyət başqa cür olub. Putin və əsrlər boyu Rusiya diktatorlarını başqalarından fərqləndirən xarakterik xüsusiyyət ondan ibarətdir ki, onlar ölkə daxilində apardığı repressiv siyasətlə yanaşı xarici ölkələrə qarşı da çox vaxt aqressiv olublar, rejimlərinə bənzər ölkələri dəstəkləyib və ya təsir dairəsində saxlayıblar.
xa0
Putinin reytinqi son 13 ildə ən aşağı səviyyəyə düşüb-31,7 faiz. Rusiya iqtisadiyyatını çökürdən sanksiyalar ambisiyalı diktatorun siyasətinin nəticəsi kimi əhalinin sosial durumunu kritik həddə çatdırıb. Adətən daxildə yaranan narazılığı diktatorlar xarici düşmən tapmaqla və ya yeni ərazilər zəbt edib təsir dairəsinə salmaqla, kütlə narazılığını vətənpərvərlik hisslərinə çevirmək üçün ondan bir silah kimi istifadə edirlər. Rusiya daxilində yaranan etirazlar kütləvi hal almamış Putinə xarici “düşmənlər” üzərində qələbə lazımdır, çünki Krımın işğalı, Donbasa müdaxilə Rusiya millətçilərinin gözündə Kremlin sahibini qəhrəman səviyyəsinə qaldırsa da “soyuducu böhranı” “Krım naş” millətçiliyini tədricən enməyə başlayıb. Növbəti hədəfdə kim, hara ola bilər? Son vaxtlar baş verənlər yenə də postsovet respublikaların hədəfdə olduğunu göstərir.xa0
Putin qəzəblidir. Hökmdarlar qəzəbli olanda hər yana əl atmağa, zərbə vurmağa meylli olurlar. Son aylar Belarus - Rusiya siyasətində tez-tez narazılıqlar, narahatlıqlar yaşanır və Belarusla Rusiyanın vahid dövlət halında birləşməsi ideyası tez-tez hallanır. Belarusla vahid dövlət halında birləşməyin qatı əleyhdarı Aleksandr Lukaşenkonu zərərsizləşdirmək asan olmasa da, Avropa sərhəddinə, NATO üzvü olan Baltikyanı ölkələrə daha da yaxınlaşmaq naminə, Avropanı təhdid altında saxlayıb, öz aləmində rus xalqı qarşısında növbəti “Belarus naş” şüarı ilə zaman qazanmaq niyyətində olduğunu Rusiya lideri gizlətmir.
xa0
Belarus bizdən uzaqdır, bizə məsafəcə yaxın olan Ermənistanda Koçaryan ətrafında baş verənlərin həm birbaşa, həm də dolayısı ilə təsirləri olacağı indidən hiss olunur. Rusiyanın Paşinyan hakimiyyətinin nazı ilə sonadək oynamaq niyyətində olmadığı ortadadır. Koçaryanın yenidən hakimiyyətə gəlməsi üçün Rusiyanın çar dövründən bəri əlaltısı olan Daşnak partiyası, keçmiş prezident Sarkisyan və adamları, Dağlıq Qarabağ separatçılarının liderləri, hətta indiki prezident Armen Sarkisyan faktiki olaraq Nikol Paşinyan hakimiyyətinə qarşı birləşiblər. Bu, hətta hakimiyyət dəyişikliyinə gətirib çıxarmasa belə, çox ciddi təzyiqdir. Ermənistanın Qərbə meylli siyasət aparmasına birdəfəlik son vermək üçün Putin forpostuna dərs verməyə hazırlaşır və qeyd etdiyimiz kimi bu bölgədə yeni siyasi situasiya yarada bilər.xa0
xa0
Qarabağ torpaqlarının işğalı ilə kifayətlənməyən Rusiya, Azərbaycanaxa0 yeni təzyiq formaları üzərindəxa0 çalışır. Əslində, Rusiyanın təzyiqində yenilik yoxdur. Köhnə hədəfləri yenidən qızışdırmaq xəttinin seçildiyi hiss olunur və təəssüf ki, bu işdə ən böyük yardımçıları, adına “beşinci kalon” dediyimiz sıravi deyil, səlahiyyətli şəxslər də var. Lənkəran aeroportunun Rusiyaya icarə verilməsi barədə təklifi yeni təzyiqin qaranquşu hesab etmək olar. Cənub bölgəsi Rusiyanın həmişə hədəfində olub və zaman –zaman onun acı nəticələrinin yaxın tariximizdə şahidi olmuşuq. Köhnə təzyiq vasitəsinin yeni formada üzə çıxması Azərbaycanı Avrasiya İqtisadi Təşkilatına üzv etmək, Ermənistanla bir təşkilatda birləşdirib, tam nəzarət altına almaq məqsədi daşıyır.xa0 Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşmasına mane olmaq, əməkdaşlıq sazişi imzalamaqdan çəkindirmək də bu təzyiqin tərkib hissəsidir. Lənkəran aeroportunu iqtisadi baxımdan icarəyə vermək bəhanədir. Belə olsaydı, aeroport nədən qardaş Türkiyəyə deyil, məhz Rusiyaya təklif olunmalıdır? Ən yaxşısı, Moskva-Lənkəran reysini iqtisadi baxımdan zərərli olduğu üçün bağlamaq barədəxa0 düşünmək lazımdır. Bu gün aeroportu biznes məqsədilə icarəyə təklif edənlər, sabah həmən aeroportun sərhəd yoxlama nəzarətini də Rusiyaya vermək təklifi ilə çıxış edə bilərlər.
xa0
Bu günlərdə DTX rəhbəri general-polkovnik Mədət Quliyev ciddi bir açıqlama ilə çıxış etdi:xa0
“Mən hər səhər Azərbaycan əleyhinə hansı kabinetlərdə, hansı ölkələrdə iş aparıldığı barədə məlumatlar alıram”. Bu kabinetlər yalnız ölkə xaricində deyil,xa0 ölkə daxilində də var və onun sahiblərinin açıq oyun oynaması görünür xüsusi xidmət orqanlarının da diqqətini cəlb edib. Ümid edək ki, aeroportdan başlayan təklif beşiyindəcə boğulacaq və “perspektiv təkliflərin” miqyası böyüməyəcək.xa0
Sonda yazının əvvəlində qeyd olunan fikrə qayıdaq. İstənilən diktatura rejimi, o cümlədən Rusiyadakı sistem də çökə bilər. Bu ölkədə qısa müddətdə kütləvi etirazlara doğru bir prosesinin getdiyi də politoloqlar tərəfindən proqnozlaşdırılır. Tarixən rus mujiki bunu sübut edib, sadəcə imperiya ambisiyalarıxa0 imkan verməyib ki, hakimiyyət dəyişikliyixa0 Rusiya cəmiyyətində normal demokratik sisteməxa0 gətirib çıxarsın.
Moderator.az-ın analitik qrupu


































































































