Zəngəzur dəhlizinin 1 nömrəli PROBLEMİ - Tofiq Zülfüqarovdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Zəngəzur dəhlizinin 1 nömrəli PROBLEMİ - Tofiq Zülfüqarovdan ÖZƏL AÇIQLAMA

25958

Azərbaycan Ermənistandakı xaosu nəzərə alaraq, parlament seçkilərinə kimi sərhədlərin delimitasiyası prosesini müvəqqəti olaraq saxlamışdı. Bu arada, Rusiya qoşunlarının sərhəddə sabitliyi təmin edəcəyi ilə bağlı xəbərlər də yayılır. İndiki situasiyada bölgənin gələcəyi hansı formada şəkillənəcək?

“İmkan verdik ki, onlar öz daxili siyasi problemlərini həll etsinlər” deyən, eks xarici işlər naziri Tofiq Zülfüqarov əlavə etdi ki, bu cür təcrübə mövcuddur.

Bizim.Media-ya açıqlamasının davamında politoloq bildirdi ki, delimitasiyadan başqa əlavə iki məsələ də vacibdir.

Birinci məsələ sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərinin identifikasiyasıdır:

“Yəni, müəyyən edilməsi və onların Azərbaycan ərazisini tərk eləməsi vacibliyini qeyd edərdim. Bu mövzu ilə əlaqədar Ermənistan vətəndaşlarının Azərbaycan ərazisinə gəlişinin bizim qaydalara uyğunlaşdırılması da aktual məsələdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı DETALLAR


Tofiq Zülfüqarov bildirdi ki, ikinci məsələ Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsinin vacibliyidir:

“İlkin delimitasiya, demarkasiya proseslərindən başqa bu iki mövzunu da diqqətdə saxlamaq lazımdır”.

Bəzi əcnəbi ekspertlər saytımıza müsahibələrində bildiriblər ki, Zəngəzur koridorunun açılması ilə bağlı bu ilin sonuna kimi mühüm addımlar atılacaq. Dəhlizlə bağlı sizin təxminləriniz necədir?

“Koridor barəsində tez-tez mütəxəssis rəyləri səslənir. Amma təəssüflər olsun ki, əsas mövzunu qeyd edənlər azdır. Söhbət nədən gedir? Ermənistan tərəfi öz öhdəliyini sadəcə kommunikasiyaların açılması kimi göstərmək istəyir. Amma məsələ heç də elə deyil.

Yəni, 10 noyabr bəyanatında onlar öhdəlik götürüblər ki, orada eksteritorial bir kommunikasiya yaradılsın. Eksteritorial nə mənada, yəni, orada nəzarət Rusiya hərbçilərinin əlində olmalıdır. 

Vəziyyətə nəzər salsaq, görəcəyik ki, eksteritorial xarakterli dəhliz Laçında var. Bu baxımdan fərq nədədir? Fərq ondadır ki, bizdəki öhdəlik beş illikdir.

Amma Ermənistanın götürdüyü öhdəlik müddətsizdir. Ermənilər istəmirlər ki, dəhliz eksteritorial xarakter daşısın, yəni, ermənilərin qanunları xaricində olan bir kommunikasiya olsun. Problem bundadır. 

Bir çox mütəxəssislər dəhliz barədə danışır, hətta müddəti deyirlər. Lakin təəssüf ki, əsas məsələni insanların diqqətinə çatdırmaq üçün imkan tapmırlar.”

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO