Tarix İnstitutunda “Zəngəzur tarixi”x9d nəşrə hazırlanır

Tarix İnstitutunda “Zəngəzur tarixi”x9d nəşrə hazırlanır

Hazırda oxunan: Tarix İnstitutunda “Zəngəzur tarixi”x9d nəşrə hazırlanır

194262
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Zəngəzur tarixi”x9d adlı fundamental tədqiqat nəşrə hazırlanır.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun Moderator.az-a verdiyi məlumata görə, institutun Elmi Şurasının 6 oktyabr tarixli iclasında “Zəngəzur tarixi”x9d kitabının çap işi ilə bağlı vəziyyət geniş müzakirə edilmiş və konkret qərarlar qəbul olunub.

Elmi Şuranın iclasında tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubiliyenin keçirilməsi, Avstriya arxivlərində araşdırmalar aparılması, Azərbaycan-Polşa əlaqələri tarixi mövzusunda tədbirin keçirilməsi, tarixçi-alim Polad Xəlilovun “Bakı neft sənayeçiləri qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu ”“ XX əsrin əvvəlləri)”x9d adlı monoqrafiyasının çapa məsləhət görülməsi və digər məsələlər barədə qərar verilib.

Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixixa0 XVI əsrə - Səfəvilər və Habsburqlar sülalələrinin hakimiyyəti dövrünə gedib çıxır: “Avstriyada olan Səfəvilər dövrü ilə bağlı arxiv sənədləri Azərbaycana gətiriləcək”x9d.

Azərbaycanın Polşadakıxa0 səfiri Həsən Həsənov Tarix İnstitutu ilə sıx əlaqə saxlayaraq, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir arasında yazışmalara dair arxiv sənədi aşkar edib. Bununla bağlı olaraq, Azərbaycanın ortaəsrşünas alimləri Polşaya səfər edəcəklər.

Məlumat üçün bildirək ki, oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Tarix İnstitutu ilə birgə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri”x9d mövzusunda seminar keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO