Ağ Ev nefti gördü, sanksiya yaddan çıxdı... – ABŞ-İran ortaqlığının PƏRDƏARXASI 

Hazırda oxunan: Ağ Ev nefti gördü, sanksiya yaddan çıxdı... – ABŞ-İran ortaqlığının PƏRDƏARXASI 

184737

İran bütün sanksiyalara rəğmən neft ixracını artırır. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Məlumatda deyilir ki, İran rekord həcmdə qaz və neft ixrac edərək ABŞ sanksiyalarını neytrallaşdırıb.

“ABŞ İranın neft satışlarına təsir edə bilmədi?” başlıqlı məqalədə daha sonra deyilir: 

“ABŞ-ın enerji daşıyıcılarının satışını qadağan etmək üçün tətbiq etdiyi sanksiyalar fonunda İran hökuməti bu sanksiyaları neytrallaşdırmağa nail olub. “Facts Global Energy” konsaltinq firmasının təqdim etdiyi gəmi izi və bazar təhlili məlumatlarına əsasən, İranın LPG yanacağı ixracı 28 faiz artaraq 11 milyon tondan çox olub. Şirkət İranın LPG yanacağı ixracının bu il 12 milyon tonu keçəcəyini proqnozlaşdırıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ssenarisinin Ermənistanda təkrarlanmasına İran niyə SUSQUNLUQ göstərir? – Səfirlikdən CAVAB


Bəs, ABŞ və Avropanın sanksiyalarına rəğmən İran neft ixracını necə artıra bilər?

Nəzərə alaq ki, Qərb gündəlik neft ixracı üçün İrana konkret kvota ayırıb. Bu kvotanın həcmi dünya bazarında neftin kəskin bahalaşması fonunda bəzən artır. Amma hazırkı məqamda dünya birjalarında neftin qiymətində elə bir sıçrayış yoxdur. Bununla belə, İranın neft ixracı günbəgün artır.

Qərbin sanksiyaları birtərəfli işləyir. 

Daha dəqiq desək lazım olanda işləyir, lazım olmayanda isə Qərb çox şeyi görməməzlikdən gəlir. Ümumiyyətlə, son 2 ildə baş verən proseslər göstərir ki, Qərbin sanksiya siyasəti bir oyundur. Bu çox zaman publika üçün edilir. Guya ki, düşmənə “əsl düşmən münasibəti” göstərilir. Əslində isə sanksiya tətbiq edilən ölkələr dünyanın istənilən dövləti ilə iqtisadi əlaqələrini davam etdirirlər. 

Hazırda, Avropa İttifaqı ölkələri Rusiyadan təkcə neft-qaz yox, digər məhsullar da idxal edirlər. Hətta ABŞ-ın özü belə Rusiyadan neft ixracını son 2 ildə bir saat belə dayandırmayıb. Son 6 ayda Yaxın Şərqdə baş verən hadisələr də göstərdi ki, bu torpaqlarda çox çirkin oyunlar gedir. Xüsusilə də Qırmızı dənizdəki silahlı toqquşmalar açıq şəkildə göstərdi ki, bu ərazidən nəinki İran, hətta Rusiya nefti dünya bazarına daşınır. Bu ərazidə heç kəs sanksiya qadağasını nəzərə almır.

Fars körfəzinin öz qaydaları var

Nəzərə alaq ki, Fars körfəzində də oxşar mənzərə yaşanır. Məlumdur ki, Hörmüz boğazı vasitəsilə İran bütün daşımalara nəzarət edir. Bu da o deməkdir ki, bu bölgədə Beynəlxalq qanunlar yox, İranın müəyyən etdiyi qaydalar işləyir. 

İran istədiyi tankeri müxtəlif bəhanələrlə boğazda istədiyi müddətdə saxlaya bilir. Bu da o anlama gəlir ki, İran bu boğazın imkanlarından istifadə edərək və beynəlxalq sanksiyalardan yan keçərək öz neft məhsullarını dünya ölkələrinə ötürə bilir.

Buna isə nəinki, Avropa dövlətləri, heç ABŞ-da əngəl ola bilmir və ya olmaq istəmir. 

Hələ onu demirik ki, ABŞ-la İran arasındakı “centlmen” razılaşmasına əsasən İran regionda istədiyini edir. Bu gün təkcə Fars körfəzi yox, həm də Yaxın Şərqdəki bir çox tranzit yolları İranın nəzarətindədir. Husilərin, Hizbullahın və digər qüvvələrin əli ilə İran Yaxın Şərqdə xüsusi idarəetmə sistemi yaradıb. Yəni bu bölgələrdə ABŞ və Aİ-dən daha çox İranın dediyi keçir. 

Əslində buna ABŞ özü “ok” verib. ABŞ istəsə, İran Qırmızı dənizdə yox, heç Fars körfəzində belə nəfəs ala bilməz. Əgər bu baş vermirsə, deməli Vaşinqtonun hər şeydən məlumatı var. Cərəyan edən hadisələr Ağ Evdəkilərin xeyir-duası ilə baş verir. Ona görə də beynəlxalq sanksiyalar fonunda İranın neft ixracını artırmasında qəribə heç nə yoxdur.

Təbii ki, ABŞ-ın bu cür addımı atmaq əsas məqsədi neft qiymətlərini istədiyi kimi tənzimləməkdir. Hansı ki, neft qiymətlərinə görə ABŞ Ukraynaya Rusiya-nın neft emalı zavodlarına zərbə endirməyi belə qadağan etməyə çalışır.
Göründüyü kimi, Ağ Evdəkilər öz maddi maraqları naminə şeytanla da bir yastığa baş qoya bilərlər...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO