Hikmət Hacıyev NATO-nun sabiq baş katibi HAQDA: “Hesabatına ödənişi əlavə etməyi unudub” - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev NATO-nun sabiq baş katibi HAQDA: “Hesabatına ödənişi əlavə etməyi unudub” - FOTO

184479

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialarını şərh edib.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı rəsmi “X” hesabında paylaşım edib.

“NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya “möhürlü” təbliğat materialı mənə 04 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. 
Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!”, - deyə H. Hacıyev qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO