Yens Stoltenberq: “Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır” - VİDEO

Hazırda oxunan: Yens Stoltenberq: “Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır” - VİDEO

183220

“Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır. Bunun bir çox səbəbləri var. Biz bu il əməkdaşlığımızın 30 illiyini qeyd edirik. Bu illər ərzində Azərbaycan NATO-nun bir sıra missiya və əməliyyatlarında iştirak edib”. 

Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də AZƏRTAC-a müsahibəsində bildirib.

Stoltenberq qeyd edib ki, uzun illər Azərbaycan da NATO-nun Kosovo və Əfqanıstandakı missiyalarına töhfə verib: “Mən Əfqanıstanda olarkən azərbaycanlı əsgərlərlə görüşmüşəm və onların peşəkarlığının və fədakarlığının şahidi olmuşam. Azərbaycan hərbçiləri xüsusilə Əfqanıstandakı missiyanın sonlarına yaxın səfirliyi və hava limanını qorumaqda böyük rol oynayıb və yüz minlərlə insanın Kabil hava limanından təxliyəsində bizə kömək göstərib. 

Beləliklə, ərazini ABŞ və bir sıra digərləri ilə birlikdə tərk edən son hərbçilər azərbaycanlılar olublar. Biz, həmçinin bir sıra digər sahələrdə praktiki əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində Azərbaycanın oynadığı rolu alqışlayırıq. NATO uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlıq edib və hazırda biz əməkdaşlığımızı daha da inkişaf etdirməyin yolları üzərində işləyirik”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO