Vaqif Xaçatryandan sonra həbs sırası kimdədir? – SİYAHI 

Hazırda oxunan: Vaqif Xaçatryandan sonra həbs sırası kimdədir? – SİYAHI 

148922

Erməni cəlladı Vaqif Xaçatryanın həbsi Azərbaycan dövlətinin qətiyyətinin və gücünün göstəricisidir. Çünki, 30 illik zaman fasiləsi bir çoxlarında və xüsusən də erməni faşistlərində belə bir arxayınçılıq yaratmışdı ki, minllərlə azərbaycanlının qatilləri cəzasız qalacaq. Lakin, son hadisə göstərdi ki, heç nə yaddan çıxmayıb. Və Azərbaycan öz suveren huquqları və vətəndaşlarının haqları üçün sona qədər mübarizə aparmaq əzmindədir. 

Təbii ki, Azərbaycan dövlətinin bu qətiyyəti ermənilər arasında ciddi təşviş yaradıb. Son 35  ildə əli azərbaycanlıların qanına batmış hər bir erməni ədalət qarşısında cavab verəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı əsir danışır: “Vaqif Xaçatryan başımızı əzirdi” - ARXİV VİDEO


Bəs, Vaqif Xaçatryanın həbsindən sonra növbə hansı erməni cəlladınındır?

Təbii ki, bu vəziyyətdə ilk olaraq Xankəndində məskunlaşan separatçılar ağıla gəlir. Çünki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan Zori Balayan, Robert Koçaryanın, Serj Sarkisyanın, Seyran Ohanyanın və digərlərinin  həbsi indiki halda o qədər də real görünmür. 

Arayik Arutyunyan

Lakin Xankəndindəki separatçıların ən yaxın zamanda ermənilərin yeganə çıxış yolu olan Laçın NBM-də saxlanılacağına heç bir şübhə yeri qalmır. Bu mənada ilk ağıla gələn separatçıların lideri Aarayik Arutyunyan olur. Çünki, Azərbaycanın maddi-mənəvi sərvətlərinin dağıdılıb, məhv edilməsində  və son illərdə yüzlərlə, minlərlə soydaşımızın döyüşdə və mina partlayışlarında həlak olmasında əsas günahkar məhz Arutyunyandır. 

Təsadüfi deyil ki, Laçın NBM fəaliyyətə başlayandan sonra Arayik bir dəfə də olsun İrəvana getməyə cəhd etməyib. Amma əldə olunan məlumata görə Arayik ailə üzvlərini Xankəndindən çıxartmağa fürsət tapıb.

Vitali Balasanyan

Növbəti isim isə Vitali Balasanyandır. Bu cəllad Birinci Qarabağ Müharibəsi minlərlə soydaşımızın qətlində birbaşa iştirak edib. Əsgəran batalyonunun keçmiş komanidiri Xocalı qətliamında da aktiv rol alan şəxslərdən biridir. Hazırda Xankəndində Balasanyan üçün də yolun sonu görünür.

Ruben Vardanyan

Digər bir isimsə Ruben Vardanyandır. Uzun illər separatçılara maddi dəstək göstərən bu milyarder 2022-ci ilin avqustundan Xankəndində məskunlaşıb. Və xarici qüvvələrin göstərişi ilə həm erməni hərbi birləşmələrini maliyyələşdirir, həm də anti-Azərbaycan təbliğatı aparır. 

Samvel Babayan

Yaxın zamanlarda həbsi gözlənilən separatçılardan biri də Samvel Babayandır. Bu erməni qulduru Birinci və İkinci Qarabağ müharibələrində hərbi birləşmələrə biləvasitə rəhbərlik edib, minlərlə soydaşımızın ölümünə səbəb olub.

Bu siyahını uzatmaq da olar. Çünki, son 35 ildə yüzlərlə erməni soydaşlarımızın qətlində biləvasitə iştirak edib. Azərbaycanın hüquq mühafizə orqanları apardıqları təhqiqat nəticəsində aydın olub ki, 300-ə yaxın erməni son dövrlər azərbaycanlılara qarşı soyqırımıda iştirak ediblər.

Və bu cəlladlar müvafiq qaydada beynəlxalq axtarışa verilib. Lakin, dünya ölkələrinin ikili yanaşması hesabına qatillərin saxlanmasında heç bir uğur əldə edilməyib. Ona görə də Azərbaycan dövləti öz imkanları daxilində qatilləri cinayət məsuliyyətinə cəlb etməyə başlayıb.
Bu istiqamətdə Vaqif Xaçatryanın həbsi ilk olsa da son deyil. Zaman-zaman digər qatillər də Azərbaycan qanunları ilə mühakimə olunacaqlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO