Onu isti yay aylarının ən sevimli qidalarından biri kimi adlandırsaq, yanılmarıq. Tərkibi bol vitaminlərlə zəngin olan bu bostan bitkisi antioksidantdır və tərkibinin 92 faizi sudan ibarətdir. Artıq söhbətin qarpızdan getdiyi hər kəsə məlumdur. İyul ayının sonu, avqustun əvvələrində yeməyə öyrəşdiyimiz qarpızın iyun ayının ortasından satışda olması əksər alıcıları keyfiyyəti ilə bağlı şübhəyə salıb.
Bəs alıcılar qarpız alarkən nələrə diqqət etməlidir?
Qida texnoloqu İlhamə Həsənova Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı aydınlıq gətirib.
Onun sözlərinə görə, qarpız seçimi edərkən rənginə, ölçüsünə, üzərindəki yarıq və çatlara diqqət edilməlidir:
“Qarpızın cizgilərı aydın olmalıdır. Yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılmamalıdır. Üzərində hər hansı sarı və digər ləkələrin olmasına da nəzər yetirmək lazımdır. Çünki yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan açıq sarıya çevrilir.
Qarpızın qabığının hamar, səthinin parlaq olması onun yetişməsinin, rənginin mat və solğunluğu isə köhnə olmasına işarədir. Yaşıl rəngli saplaqlar qarpızın tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı quru, rəngi isə dəyişik olur.
Onun ölçüsü nə kiçik, nə də böyük olmalıdır. Orta ölçüdə qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Həmçinin oval qarpız sulu, yumru qarpız isə şirin olur.
Texnoloq əlavə olaraq qarpızdan zəhərlənmə hallarının qarşısının alınması üçün onun düzgün şəkildə yeyilməsinin də vacibliyini vurğulayıb:
“Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq gigiyena qaydalarına uyğun olmaya bilər. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.
Bundan əlavə, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə, yəni iyul ayının sonundan sentyabrın əvvəlinə kimi, əsasən avqust ayında istehlak edilməlidir.
Kimyəvi dərmanlarla yetişmiş məhsul dad etibarilə hiss olunur və alıcılara tövsiyyə edirik ki, bu tip məhsulların istehlakından imtina etsinlər.
Kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət olunmalıdır. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir”, - deyə İ.Həsənova qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
COP29
09:23 / 05.07.2022
Qarpız mövsümü başladı: Alarkən nələrə diqqət etməli? – Əsas NÜANSLAR
Hazırda oxunan: Qarpız mövsümü başladı: Alarkən nələrə diqqət etməli? – Əsas NÜANSLAR
Hazırda oxunan: Qarpız mövsümü başladı: Alarkən nələrə diqqət etməli? – Əsas NÜANSLAR
82316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.