Koronavirusu 45 saniyəyə aşkarlayan cihaz icad edildi

Hazırda oxunan: Koronavirusu 45 saniyəyə aşkarlayan cihaz icad edildi

55875

Finlandiyanın “Deep Sensing Algorithms” şirkəti insanın nəfəs aldığı havadan 45 saniyə ərzində koronavirusu aşkarlayan test cihazı üçün ümumavropa tibbi sertifikat alıb.

Bizim.Media xəbər verir ki, cihaz forma və funksionallıq baxımından alkotesterə bənzəyir.

Qeyd olunur ki, qurğudan istifadə etmək asandır - insanın cihaza bir dəfə nəfəs verməsi kifayətdir və nəticə 45 saniyəyə məlum olur.

Cihaz iki dəqiqə ərzində növbəti analiz üçün hazır olur. Dünyanın bir çox hava limanları cihazın sınaqdan keçirilməsinə maraq göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO