Alkoqolizmin 12 ƏSAS simptomu – Bu əlamətlər asılı olduğunuzu göstərir

Hazırda oxunan: Alkoqolizmin 12 ƏSAS simptomu – Bu əlamətlər asılı olduğunuzu göstərir

53497

Alkoqol asılılığı xüsusi müalicəsi olmayan xroniki bir vəziyyət olsa da, simptomların erkən aşkarlanması bu problemlərdən əziyyət çəkənlərə yardımçı ola bilər.

Bizim.Media alkoqolizmin 12 əsas simptomunu təqdim edir:

1. Daimi spirtli içki tədarükü

Normal spirtli içki istifadəçilərindən fərqli olaraq, alkoqoliklər nisbətən gözlənilməz məkanlarda (qaraj, maşın, ofis və s.) ehtiyaclarını ödəməyə çalışırlar.

2. Vərdişlərdə dəyişikliklər

Alkoqoliklər əsəbi və narahat ola, içki qəbul etmədikdə yuxusuzluqdan əziyyət çəkə bilirlər.

Eyni zamanda sərxoş vəziyyətlərdə onların davranışlarında da ciddi dəyişikliklər müşahidə olunur. Bu cür zamanlarda onlar kortəbii və soyuqqanlı davranışlar sərgiləyə bilirlər.

3. Qəribə vaxtlarda içki qəbulu

Normalda spirtli içki qəbulu üçün axşam saatları seçilsə də, alkoqoliklər üçün saatın elə də böyük əhəmiyyəti yoxdur.

Lakin səhər tezdən normal qaydada içki qəbul edən şəxsləri də alkoqolik hesab etmək olmaz. Bu, yalnız mütəmadi hal aldıqda alkoqolizm simptomu hesab edilir.

4. İnkar etmək və bəhanələr uydurmaq

Əgər mütəmadi olaraq alkoqol qəbul edən şəxslər, bu hərəkətlərini müəyyən bəhanələrlə əsaslandırırlarsa və ya daimi istifadəni, eyni zamanda içdikləri normanın azlığını iddia edirlərsə bu təhlükənin ilkin siqnallarıdır.

Eləcə də, mütəmadi içki qəbul edənlər, gündəlik məişət və iş fəaliyyətlərini normal yerinə yetirdiklərini əsas gətirərək, alkoqolik olduqlarını qəbul etməkdən yayınmağa çalışırlar.

5. Unutqanlıq

Alkoqolizmdən əziyyət çəkənlər, bir çox hallarda, sərxoş vəziyyətdə baş verənlərə xatırlamaqda çətinlik çəkir və ya ümumiyyətlə, unudurlar.

6. Risk etmək vərdişi

Alkoqol bütün maneələri aradan qaldırdıqda, insanların risk alma ehtimalı daha yüksəkdir.

Ancaq bu davranış təkrarlanan və təhlükəlidirsə, məsələn, işə maşın sürmək və ya uşaqları sərxoş halda məktəbə aparmaq kimi hallarda, bu, ciddi qəbul edilməlidir.

Belə hərəkətlər alkoqolizm əlaməti ola bilər.

7. Spirt qoxusu

Alkoqoliklər tez-tez içki qəbul etdikləri üçün nəfəslərində bu qoxu aydın şəkildə hiss olunur.

8. Nəzarətin itirilməsi

“Peşəkar” alkoqoliklər öz asılılıqlarını gizlətməyi yaxşı bacarsalarda, ani situasiyalarda soyuqqanlılıqlarını itirə bilirlər.

9. Məclislərdən öncə içki qəbulu

Alkoqoliklərin bu asılılıqlarını gizlətməyə çalışdıqlarını qeyd etmişdik. Bu səbəbdən də məclisdə, içki yoldaşlarından seçilməmək üçün bu cür şəxslər spirtli içki qəbul etməyə meyillidirlər.

10. Görüşlərin ləğvi

Alkoqolizmi olanlar yoldaşlıqdan qaça bilər və ya planlarını ləğv edə bilər ki, onlara asılılıqları haqqında suallar verilməsin. Bəziləri isə, içməyə spirt olmayan tədbirlərə getməkdən imtina edirlər.

11. Asılılıq təkcə alkoqol deyil

Alkoqolizmdən əziyyət çəkənlər çox vaxt reseptlə satılan dərmanlar da qəbul edirlər. Çünki spirt artıq onlara eyni hissləri verə bilmir. Bu isə, sağlamlıq üçün təhlükəlidir.

12. Evdə və ya işdə problemlər

Əgər siz tez-tez evdə tək içirsinizsə və ya işdən sonra mütəmadi olaraq “pub”lara üz tutursunuzsa, bu, spirtin sizin üçün problemə çevrilməsinin vacib bir əlamətidir.

Ümumilikdə isə, özünüzə iki sual versəniz, alkoqolik olub olmadığınızı müəyyən edə bilərsiniz:

1. İçdiyiniz miqdarlara nəzarət edə və normada içə bilərsinizmi?

2. Alkoqol qəbulunu dayandırmaq və ya azaltmaq istəyirsinizsə, bunu edə və bu qərara sadiq qala bilərsinizmi?

Əgər siz hər iki suala dürüst olaraq “yox” cavabını verdinizsə, deməli siz nəzarət edə bilmədiyiniz alkoqolizmdən əziyyət çəkirsiniz.

Əgər siz və ya tanıdığınız biri yuxarıda göstərilən simptomlardan hər hansı birini sərgiləyirsə, ilk addım müalicə variantlarının nə olduğunu anlamaq üçün həkimə müraciət etməkdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO