Qırmızı çaxır ürəyə faydalıdırmı? - Həkimlərin CAVABI

Hazırda oxunan: Qırmızı çaxır ürəyə faydalıdırmı? - Həkimlərin CAVABI

41824

Artıq insanlar arasında bir qədər qırmızı çaxır içməyin ürəyə faydalı olması qəbul olunub. Ancaq sözügedən içkinin xeyirli olması bir qədər mübaliğə olunub və lazımi şəkildə isbatlanmayıb.

Bizim.Media xəbər verir ki, bəzi araşdırmalar çaxırın qan təzyiqini aşağı saldığını təsdiqləyir.

Amma belə araşdırmalar azdır və əlavə tədqiqatlara ehtiyac var. "Eat This, Not That"in informasiyasına görə, ən nüfuzlu araşdırma 2012-ci ilə aiddir.

Həmin təcrübə göstərib ki, alkoqolsuz qırmızı çaxır həqiqətən də ürək-damar problemləri olan kişilərin arterial təzyiqini aşağı sala bilir. Çaxırın hərtərəfli (universal) faydası barədə isə heç yerdə yazılmayıb. Tibb işçilərinin fikrincə, çaxırın ürəyə xeyirli olduğunu demək olmaz, çünki bu barədə yetərli məlumat yoxdur. 

Ürəyi başqa cür - Aralıq dənizi pəhrizilə də qorumaq olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO